Qarabağ Dirçəliş Fondu bu texnikaları Şuşaya ianə etdi - FOTOLAR

Qarabağ Dirçəliş Fondu bu texnikaları Şuşaya ianə etdi - FOTOLAR
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Şuşaya səfər edib.

Sfera.az bildirir ki, bu barədə o, özü məlumat verib. R.Hacıyev səfər zamanı tək olmadığını vurğulayıb:

"Şuşada aparılan bərpa-quruculuq və abadlıq işlərinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fondunun donoru olan "İmprotex” şirkətlər qrupu tərəfindən bir ədəd "JAC N120” şassisi üzərində quraşdırılmış "Platepower 10” üst qurğulu tullantı daşıma avtotexnikasını və bir ədəd həmin şirkətin istehsalı olan 5 tonluq mobil yanacaq doldurma məntəqəsini şirkətin nümayəndələri ilə birlikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təhvil verdik.  Qeyd edim ki, yaxın günlərdə "İmprotex” şirkəti tərəfindən daha bir neçə texnika – 10 tonluq mobil yanacaq doldurma məntəqəsi və yanacaq doldurma məntəqələrinin daşınması üçün xüsusi traktor Şuşa üçün ianə ediləcək”.

Qurum rəsmisi xatırladıb ki,  Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi işğal nəticəsində Qarabağa dəymiş misilsiz ziyanın aradan qaldırılması sahəsində artıq mühüm işlər görülür:

"Qarabağ Dirçəliş Fondu da öz növbəsində görülən işləri dəstəkləməyə hər zaman hazırdır. Fond yarandığı gündən etibarən bir çox şirkətlər birlik nümayiş etdirərək Qarabağda aparılacaq işlərə dəstək göstərmək məqsədilə QDF-ə ianə edib. Bütün donorlara, eyni zamanda "İmprotex” şirkətinə xüsusi minnətdarlığımı bildirirəm.  Birliyimiz işğaldan azad edilən ərazilərdə görülən işlərin sürətlənməsinə və Qarabağın dirçəlişinə töhfə verəcək. Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik!”.

Türkan

OXŞAR XƏBƏRLƏR

Tibetdə zəlzələdən sonra 1 211 yeraltı təkan qeydə alındı

Çinin Tibet Muxtar Rayonunda baş verən zəlzələdən sonra seysmoloqlar 1 211 yeraltı təkan qeydə alıblar.   Sfera.az xəbər verir ki, bu barədə “X...

Braziliya klubunun "Qarabağ"ın futbolçusuna təklif etdiyi maaş bəlli oldu

"Qarabağ"ın futbolçusu Olavio Juninyonu transfer etmək istəyən Braziliyanın "Flamenqo" klubunun hücumçuya təklif etdiyi maaş bəlli olub. ...

Türkiyədə ödənişli hərbi xidmətin məbləği AÇIQLANDI

Türkiyədə hərbi xidmətdən yayınmağa imkan verən bədəlin məbləği açıqlanıb.   Sfera.az xəbər verir ki, yanvarın 3-də açıqlanan inflyasiya rəqəmlərini...

Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır

Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi üçün mexanizmlər hazırlanır.   Sfe...

Livanda yeni prezident seçilir

Livan parlamentinin nümayəndələri 2 ildən çox davam edən boşluqdan sonra prezident seçmək üçün toplanır. Sfera.az xəbər verir ki, daha əvvəlki 12 cəhd uğ...

Qadınları qarət edənlər SAXLANILDI

Sumqayıtda qadına kömək etmək adı ilə yaxınlaşıb soyğunçuluq edən şəxs saxlanılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib....