Rusiyanın ən böyük bankı Avropa bazarından çəkildi
Media
11:06 / 02.03.2022
1284
Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərb ölkələri bir-birinin ardınca sanksiyalar tətbiq etməyə başlayıb.
Sfera.az xəbər verir ki, Rusiyanın ən böyük bankı "Sberbank” törəmə şirkətlərindən külli miqdarda nağd pul çıxarılması halı ilə üzləşdiyi üçün Avropa bazarını tərk edəcəyini açıqlayıb.
Bank açıqlamasında Avropada törəmə şirkətləri olan banklara daha çox likvidlik imkanı təmin edə bilməyəcəyini, lakin kapitalının və aktiv keyfiyyətinin bütün əmanətçilərə ödəniş etmək üçün kifayət etdiyini bildirib.
Bundan əlavə, SWIFT sanksiyaları çərçivəsində Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyanın "VTB”, "Bank Otkritie”, "Novikombank”, "Promsvyazbank”, "Rossiya Bank”, "Sovcombank” və "VEB”-in SWIFT banklarından çıxarılacaqlarını açıqlayıblar.
Əzizə Zeynal