Azərbaycan neftinin qiyməti bir gündə 10 dollara yaxın bahalaşdı

İqtisadiyyat
10:30 / 02.03.2022
1053
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 9,6 ABŞ dolları, yaxud 9,38 faiz artaraq 111,90 ABŞ dollarına çatıb.
Sfera.az bildirir ki, ötən gün "Brent” markalı neftin bir bareli 109,88 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.