Neftin qiyməti səkkiz illik rekordu yenilədi

İqtisadiyyat
20:32 / 01.03.2022
3032
Brent markalı neftin qiyməti 2014-cü ilin avqustundan bəri ilk dəfə olaraq 106 dolları ötüb.
Sfera.az xəbər verir ki, Londonun ICE birjasında 2022-ci ilin may ayında tədarük ediləcək Brent markalı neftin fyuçers müqaviləsinin dəyəri 8,31% artaraq bir barel üçün 106,11 dollar təşkil edib.
Ukrayna müharibəsi fonunda qiymətin daha da artacağı istisna edilmir.