“Toy karvanının vurulmasını mübarizə kimi görmürük” – Xamenei ABŞ-ı hədəf aldı

“Toy karvanının vurulmasını mübarizə kimi görmürük” – Xamenei ABŞ-ı hədəf aldı
İranın ali dini lideri Ayətullah Əli Xamenei dövlət televiziyasında ictimaiyyət qarşısında çıxışında Rusiyanın Ukraynaya hücumları ilə bağlı açıqlamalar verib.
 
Sfera.az xəbər verir ki, Rusiyanın Ukraynadakı əməliyyatlarına son qoyulmasının lazım olduğunu bildirən Xamenei Ukraynanın ABŞ qurbanı olduğunu deyib:

"Ukrayna ABŞ-ın siyasətlərinin qurbanına çevrilib. İran Ukraynada müharibənin dayandırılmasının tərəfdarıdır. Lakin hər böhranın həlli mümkün qədər düzgün diaqnozla baş verir. Ukrayna böhranının əsası ABŞ-ın böhran yaradan siyasətinin nəticəsidir və Ukrayna bu siyasətin qurbanıdır”.

İranın müharibəyə qarşı olduğunu bildirən Xamenei mülki əhalinin öldürülməsində ABŞ-ın maraqlarının olduğunu vurğulayıb:

"Dünyanın harasında olursa olsun, biz müharibənin tərəfdarı deyilik. Biz qərblilər kimi Əfqanıstanda toy karvanının vurulmasını, dinc əhalinin öldürülməsini terrorla mübarizə kimi görmürük. Onların məntiqi belə işləyir. ABŞ İraqda, Əfqanıstanda və Suriyanın şərqində nə edir?”.

Xamenei son olaraq Ukrayna böhranından alınacaq ən böyük dərsin heç bir dövlətin Qərb ölkələrinə və ABŞ-a etibar edə bilməməsi olduğunu deyib.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR