Azərbaycanda çoxlu sayda ev ucuz qiymətə satışa çıxacaq
Media
15:13 / 01.03.2022
3976
Rusiya-Ukrayna müharibəsi daşınmaz əmlak bazarına təsirsiz ötüşməyəcək.
Bu barədə Sfera.az-a məlumat verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev xatırladıb ki, Rusiyada təxminən 2,5 milyon azərbaycanlı yaşayır və bu, ümumi Azərbaycan əhalisinin 25 faizi deməkdir:
"Rusiyaya tətbiq olunan sanksiyalar böyük ehtimal orada yaşayan həmvətənlərimizin maddi vəziyyətlərinin pisləşməsinə, həmçinin bizneslərinin çökməsinə səbəb ola bilər. Azərbaycanda, xüsusən də paytaxt Bakı və digər böyük şəhərlərimizdə daşınmaz əmlak alıcılarının böyük bir hissəsi xaricdə, özəlliklə Rusiyada yaşayan soydaşlarımızdır. Sözügedən ölkədəki mövcud vəziyyətlə əlaqədar olaraq, orada yaşayan soydaşlarımız öz bizneslərini ayaqda tutmaq ücün qısa bir zamandan sonra Azərbaycandakı əmlaklarını kütləvi surətdə satışa çıxaracaqlar”.
Ekspertin sözlərinə görə, əgər satış kütləvi olarsa, daşınmaz əmlakların qiymətlərində ciddi enmələr müşahidə ediləcək:
"Bu hal 2015-2016-cı illərdə devalvasiya zamanı rublun qiymətinin kəskin düşməsi dövründə də baş vermişdi”.
Günay Rəsulqızı
Sfera.az