Təhsil naziri brifinq keçirir - CANLI

Təhsil
14:52 / 01.03.2022
1394
Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə mətbuat konfransı keçirilir.
Sfera.az xəbər verir ki, brifinqdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı məlumat verilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”ı təsdiq olunub. Hər il 400-ə yaxın tələbənin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alması planlaşdırılır.