Əsir düşən vətəndaşımız geri qaytarılacaq? – AÇIQLAMA / FOTO

Əsir düşən vətəndaşımız geri qaytarılacaq? – AÇIQLAMA / FOTO
Azərbaycan vətəndaşı Əziz Haqverdiyev Ukraynada adlı kəşfiyyatçı ittihamı ilə əsir götürülüb. 

 

Xaricdə yaşayan vətəndaşlarımızın hüquqlarının qanunla qorunduğunu nəzərə alaraq, bu vəziyyətdə Azərbaycan dövləti tərəfindən atılmalı olan addımlardan danışan hərbi ekspert Üzeyir Cəfərli Sfera.az-a açıqlamasında bildirib ki, mövcud məsələ araşdırılmalıdır.

 

 


Hərbi ekspert vətəndaşımıza qarşı oyun oynanıla biləcəyini vurğulayıb:

 

 

"Bu gün Ukraynada ağır vəziyyət yaşanır, durum gərgindir. Lakin hər bir halda dövlət öz vətəndaşına sahib çıxmalıdır. Ola bilər ki, həmin əsir düşən vətəndaşımız üçün oyub qurulub. Yəni mümkün haldır ki, ona şər atılsın və məqsədli şəkildə saxlanılsın. Bu məsələ aidiyyatı orqanlar tərəfindən sübut olunmalıdır. Ukraynada konsulluq bu məsələnin üzərinə ciddi şəkildə düşməlidir. Əgər həmin şəxs ağır maddə ilə həbs olunubsa, düşünmürəm ki, tezliklə geri qaytarılması mümkün olsun. Ukraynada vəziyyət sabitləşdikdən sonra bu məsələ araşdırılmalıdır”.

 

 

Ü.Cəfərli əsir düşən soydaşımıza qarşı istənilən qərarın verilə biləcəyini də diqqətə çatdırıb:

 

 

"İndi Ukraynada hərbi vəziyyətdir və vətəndaşımızla bağlı istənilən qərar verilə bilər. Bu baxımdan səfir Elmira Axundova və orada olan rəsmilər müvafiq qurumlara müraciət etməlidir ki, tələskənliyə yol verilməsin. Müharibə qanunları ilə hər şey baş verə bilər. İndi Ukraynada müdafiəyə qalxmadan şəhəri təslim etmək vətənə xəyanət və həbslə nəticələnir. Bizim səfirlik vətəndaşlarımızla bağlı diqqətli olmalıdır. Təxliyə məsələsi çox gec baş verdi və indi bacardığımız qədər bu prosesi tezləşdirməliyik”.

 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Slovakiyada məktəb qətliamı azı iki nəfərin ölümü ilə nəticələnib

Bu gün Slovakiyanın Spiska Stara Ves şəhərində məktəbdə qətliam baş verib. Dərs zamanı 18 yaşlı oğlan bıçaqla müəllimə və iki sinif yoldaşına hücum edib. Ən azı...

Fransa Suriya ilə bağlı konfrans keçirəcək

Fransa fevralın 13-də Parisdə Suriyadakı vəziyyətlə bağlı konfrans keçirməyi planlaşdırır. Sfera.az bildirir ki, bu barədə Reuetrs məlumat yayıb. "...

Bloqqer müalicəsinə pul yığmaq üçün uşağına narkotik verdi

Avstraliyada bir bloqqer ianə toplamaq və izləyici sayını artırmaq üçün bir yaşlı qızını zəhərlədiyinə görə mühakimə olunacaq. Sfera.az bildirir ki, körpə ağ...

Ona Trampın andiçmə mərasiminə qatılmağa qadağa qoyub: Səbəb nədir?

Braziliya məhkəməsi keçmiş prezidentə Trampın andiçmə mərasiminə qatılmağa qadağa qoyub: Səbəb nədir?   Braziliyanın Ali Məhkəməsi keçmiş prezident Jai...

Qəzzada atəşkəs sazişi imzalandı

HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıb.   ...

FHN Sumqayıtdakı ağır qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat dax...