"Üzünü əməliyyat etdirirsən başa düşdük, bəs oranı niyə?" - Elnarə Abdullayeva

Elnarə Abdullayevadan plastik əməliyyat etdirənlərdən danışıb. 

Sfera.az  xəbər verir ki, xanəndə Elnarə Abdullayeva ATV televiziyasında yayımlanan "Qonağım ol” verilişində olduğu zaman plastik əməliyyat etdirənlərə sərt reaksiya verib.

O, bildirib ki, insan özündə müəyyən dəyişikliklər edə bilər, amma tanınmaz hala düşmək qıraqdan çox pis görünür:

"Plastik əməliyyat etdirmək hər kəsin öz işidir. Bir insan güzgünün qarşısına keçməlidir və profildən özünə baxmalıdır. İnsan qıraqdan necə göründüyünə fikir verməlidir. Burun böyük ola bilər, məcbur qalıb onu əməliyyat etdirə bilərsən. Amma ifrat dərəcədə tanınmaz hala düşməyin əleyhinəyəm. Bəzən şəkili yaxınlaşdırıb iki dəfə baxırsan ki, görəsən bu kimdir? Fikirləşirəm ki, tanınmaz hala düşməyi nə Allah sevməz, nə insanlar bəyənməz. Yenə üz əməliyyatlarını başa düşmək olur, amma bədən əməliyyatı etdirənlər həddindən artıq eybəcər və biədəb görünürlər”.
 


OXŞAR XƏBƏRLƏR

Dəmir qutu və butulkalar satmaqla ev almaq üçün pul topladı

Avstraliyalı Damian Qordon şüşə butulkalar və alüminium qutular sataraq 46 min dollar qazanıb və bu pulu evin ilkin ödənişinə sərf edib.   Sfera.az bil...

Muzeydə sərgilənəcək: İngiltərəyə qan udduran serial qatilin alt paltarı 5 min dollara satıldı

Bir zamanlar İngiltərəyə qan udduran serial qatil Rouz Uestin alt paltarı muzeyə satılıb. İngiltərədəki cinayət muzeyi serial qatil Rouz Uestə məxsus alt p...

Çində bar pis əhval-ruhiyyədən qurtulmaq üçün müştərilərə başmaqlı kokteyllər təklif edir

Çinin Quançjou şəhərindəki bir müəssisə içki sifariş edərkən müştərilərə ənənəvi “pis adamın döyülməsi” ritualını təklif edib. O, dərhal viral inter...

Məşhur futbolçunun ailəsi evdən qaçırıldı: Özü çarpayının altında gizləndi

Ekvadorda futbolçu Cekson Rodrigesin ailəsi oğurlanıb. Sfera.az xəbər verir ki, “Emelec” futbol klubunun müdafiəçisi 26 yaşlı Cekson Rodrigesin h...

Ölümündən sonra Papanın otağı möhürləndi, üzüyü məhv edildi: Səbəb nədir?

Xəbər verdiyimiz kimi, katoliklərin ruhani lideri Papa Fransisk 88 yaşında vəfat edib. Papanın ölümündən sonra bir sıra adət-ənənələr müşahidə olunur. Papanın i...

Kiyevə kütləvi hücum: Matəm elan olundu

Kiyevdə Rusiya tərəfindən həyata keçirilən kütləvi hücum nəticəsində həlak olanların xatirəsi anılacaq. Aprelin 25-i matəm günü elan edilib.   Sfera....