Rusiya hər gün 46 milyard dollarlıq əməliyyatdan məhrum olacaq – SWIFT sistemindən çıxarılmanın ağır nəticələri

Rusiya hər gün 46 milyard dollarlıq əməliyyatdan məhrum olacaq – SWIFT sistemindən çıxarılmanın ağır nəticələri
Qərb dövlətləri Rusiyaya qarşı SWIFT sanksiyasından istifadə etməyə hazırlaşır. ABŞ, Avropa Komissiyası, Fransa, Almaniya, İtaliya və Kanada Rusiyanın iri banklarını beynəlxalq ödəniş şəbəkəsi SWIFT sistemindən çıxaracaqlarını açıqlayıblar. Bununla bağlı qərar bu gün elan edilə bilər.  

Sfera.az bildirir ki, Rusiya gün ərzində SWIFT vasitəsilə 46 milyard dollar həcmində tranzaksiya əməliyyatı həyata keçirir.  

Mütəxəssislər xəbərdarlıq edir ki, SWIFT sanksiyalarının tətbiqi ilə təkcə Rusiyanın xarici ticarəti və ödəniş sistemi zərər görməyəcək. Mümkün təchizat çətinlikləri və qiymət artımı səbəbindən dünya da böyük çətinliklərlə üzləşəcək. 

Çünki Rusiya neft, neft məhsulları, qaz, buğda, əlvan və qara metallar, gübrə, nüvə yanacağı kimi mühüm əmtəələr üzrə dünyanın ən mühüm xammal tədarükçüləri sırasındadır. Ekspertlər Rusiyanın SWIFT sistemindən çıxarıldıqdan sonra bütün ölkələrin və biznes dairələrinin bu sanksiyalardan təsirlənəcəyini düşünür.  

Rusiya Mərkəzi Bankının məlumatına görə, 2021-ci ildə ölkənin ümumi ixracı 489,8 milyard dollar təşkil edib. Bunun 110,2 milyard dollarını neft, 68,7 milyard dollarını neft məhsulları təşkil edib. Təbii qazın ixrac dəyəri 61,8 milyard dollardır. Keçən il ölkənin cəmi idxalı 293 milyard dollar olub.  

Rusiya ilə Ukrayna arasında gərginliklə başlayan və daha sonra müharibəyə gedən prosesdə yalnız buğdanın qiyməti 20 faizə qədər artıb. Ehtimal edilir ki, SWIFT sistemindən çıxarıldıqdan sonra neft və təbii qaz, buğda, qarğıdalı, palladium, platin, alüminium, nikel, gübrə və kimyəvi məhsullar daha da bahalaşacaq.  

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...