Yaraşıqlı aktyordan etiraf: "Üç dəfə xəyanətə uğramışam"

Maqazin
16:12 / 28.02.2022
1025
Son günlər gündəmdən düşməyən türkiyəli aktyor Arda Kural canlı yayımda keçmiş sevgilisi Yıldız Asyalı ilə qarşılaşıb.
Sfera.az bildirir ki, "2. Sayfa” verilişində tərəflərin etirafları sevənlərini şoka salıb. Belə ki, Kural Yıldızın ona xəyanət etdiyini açıqlayıb:
"Yıldız məni aldatdı. Kədərli hadisə idi, amma mən qadınları günahlandırmıram. Yıldızın istəyərək belə bir şey etmədiyini bilirəm. Həmin şəxs elə biri idi ki, aramıza girdi. Mən də özümü əzilmiş kimi hiss etdim. Yıldız mənə telfonla başqa birinin onu öpdüyünü dedi. Mən də Etilerdə dostlarımla birlikdə idim, avtomobildə ağrımağa başladım. Amma birbaşa Asyalının yanına getdim, məni görəndə ağlamağa başladı. Anası bizi bir oatağa salıb danışmağımızı istədi. Belə bir şey yaşadığı üçün Yıldız da pis olmuşdu və ikimiz də ağlamağa başladıq”.
Arda Kural, həmçinin Asyalıdan qabaq da xəyanətə uğradığını deyib: "9-10 yaşımda bir sevgilim var idi, o da məni aldatmışdı. Bir də oxşar hadisəni məktəb zamanı yaşadım. Yıldızın xəyanəti üçüncü oldu. Onunla yenidən birlikdə olmağımız çox çətindi”.
Proqram zamanı Yıldız Asyalı xəyanət faktını qəbul edib və fikirlərini bü cür davam etdirib: "Mənim də travmam var idi. Ardanın evinə zəng etdim, bir qadın telefonu götürdü və "Mən Ardanın nişanlısıyam” dedi. Halbuki mən birlikdə olduğumuzu zənn edirdim. Daha sonra da bu xəyanət baş verdi”.
Türkan