"Səni qadın etdim, gəlinlik geyindirdim" - Dadodan Natavana

"Gedirəm uşağı görməyə, çəkiliş edir. Tamaşaçı deyir, barışdırlar. Ətrafımızda elə oyunlar baş verdi. Heç kim barışmayıb. Məhkəməyə vermişəm, qəti qərarımdır. Üç ay müddət veriblər ki, get fikirləş. Qəti fikrimdir, boşanmışıq, bitdi. Heç istəməzdim belə olsun, amma bu yola əl atmağa məcbur etdilər".

Sfera.az xəbər verir ki, bu szöləri reper Dado müğənni Natavan Həbibi haqda müsahibəsində deyib. Sənətçi keçmiş həyat yoldaşı ilə aralarında yaşananları "Şourum"a açıqlayıb:

"Özümü öldürdüm, nələr etdim, amma gördüm ürəyim ağrıyır, belə ağır günlər yaşamamışdım. 3-4 ay idi uşağımı görmürdüm. Ürəyim partlayır, dözə bilmirəm. Gedirəm görməyə, elə şeylərlə rastlaşıram ki, getməyəcəm. Günü bu gün çağırır, gedək qapısına, gör necə qarşılayırlar. Uşaq mənimdir. Var gücü ilə istəyirlər uşaq atasız qalsın. Onu çox istəyirəm, əlimdən gələni etdim ki, uşağın yanında qalım. Məndən başqa uşağın atalı, analı böyüməsini istəyən yoxdur. Nə Natavan, nə onun evindəkilər uşağın atasıyla böyüməsini istədi.

Hamı hər şeyi görür. İlk uşağım, valideynlərimin ilk nəvəsidir. Mənimlə sənin aranda olan münasibətdir, yazıq baba-nənənin nə günahı? Onun anası qəsdən edir ki, uşaq biz tərəfi tanımasın. Gətirmir, gəlsinlər görsün. Sizin evinizdəkilər isə elə vəziyyət qurmur ki, evinizə qonaq gəlsin. Deyirdim, gətir, qohumum, xalam qızı, əmim, dayım var, görmək istəyir. Uşaq oldu, onu götürdün aradan çıxdın. Hamısı ancaq telefonda görür, belə biabırçılıq olar?".

Dado bildirib ki, açıqlama verəndə də onu hədələyirlər:

"İstəmirəm məhkəməyə verim ki, uşağı güclə gətirsinlər valideynlərim görsün. Uşaq doğulandan sonra dəyişdi. Sənə gəlinlik geyindirdim, qadın etdim. Özünə sığışdırmırsan ki, atam, anam gəlsin nəvəsini görsün? Aliment məsələsinə gəldikdə, nə qərar verilsə odur. Dünyanı dağıdaram. Alimenti də haqla istəyrlər. Nə mən, nə valideynlərim gedib görə bilir uşağı. Ona görə aliment verəcəm? Heç kimdən qormuram, çəkinmirəm. Nə qədər qorxutsalar da, üstümə adam göndərsələr də dediyimi deyəcəm".

Qeyd edək ki, Natavan və Dado 2017-ci ildə ailə qurub. Onların Zeyd adlı bir oğlan övladı var.
 



OXŞAR XƏBƏRLƏR

Dəmir qutu və butulkalar satmaqla ev almaq üçün pul topladı

Avstraliyalı Damian Qordon şüşə butulkalar və alüminium qutular sataraq 46 min dollar qazanıb və bu pulu evin ilkin ödənişinə sərf edib.   Sfera.az bil...

Muzeydə sərgilənəcək: İngiltərəyə qan udduran serial qatilin alt paltarı 5 min dollara satıldı

Bir zamanlar İngiltərəyə qan udduran serial qatil Rouz Uestin alt paltarı muzeyə satılıb. İngiltərədəki cinayət muzeyi serial qatil Rouz Uestə məxsus alt p...

Çində bar pis əhval-ruhiyyədən qurtulmaq üçün müştərilərə başmaqlı kokteyllər təklif edir

Çinin Quançjou şəhərindəki bir müəssisə içki sifariş edərkən müştərilərə ənənəvi “pis adamın döyülməsi” ritualını təklif edib. O, dərhal viral inter...

Məşhur futbolçunun ailəsi evdən qaçırıldı: Özü çarpayının altında gizləndi

Ekvadorda futbolçu Cekson Rodrigesin ailəsi oğurlanıb. Sfera.az xəbər verir ki, “Emelec” futbol klubunun müdafiəçisi 26 yaşlı Cekson Rodrigesin h...

Ölümündən sonra Papanın otağı möhürləndi, üzüyü məhv edildi: Səbəb nədir?

Xəbər verdiyimiz kimi, katoliklərin ruhani lideri Papa Fransisk 88 yaşında vəfat edib. Papanın ölümündən sonra bir sıra adət-ənənələr müşahidə olunur. Papanın i...

Kiyevə kütləvi hücum: Matəm elan olundu

Kiyevdə Rusiya tərəfindən həyata keçirilən kütləvi hücum nəticəsində həlak olanların xatirəsi anılacaq. Aprelin 25-i matəm günü elan edilib.   Sfera....