"Ukrayna gözəli" silaha qurşandı: "Sərhədimizi işğal niyyəti ilə keçən hər kəs öldürüləcək” - FOTO

2015-ci ildə "Miss Grand International” gözəllik yarışında Ukraynanı təmsil edən keçmiş "Ukrayna gözəli” Anastasiya Lennanın son paylaşımları gündəm olub.

Sfera.az bildirir ki, model ölkəsinin sərhədini keçən rus işğalçılarını güllələyəcəyinə söz verib. O, bu barədə sosial media hesabından paylaşım edib. Məlumata görə, Lenna rus ordusuna qarşı vuruşmaq qərarına gələrək tacını ordu çəkmələri və avtomat tüfənglə dəyişib.

"Ukrayna sərhədini işğal etmək niyyəti ilə keçən hər kəs torpaqlarımızda öldürüləcək”, - deyən Anastasiya fikirlərinə bu cür davam edib: "Bütün dünya bunun şahidi olacaq. Gözləyin və nəyin olacağını görün! Bir gün hər kəs ölümü dadacaq. O gün gəldi”.

Xatırladaq ki, beş dildə danışan Anastasiya Kiyevin Slavistik Universitetində marketinq və menecment üzrə təhsil alıb. Daha sonra o, Türkiyədə model və ictimaiyyətlə əlaqələr üzrə menecer kimi çalışıb.

 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dəmir qutu və butulkalar satmaqla ev almaq üçün pul topladı

Avstraliyalı Damian Qordon şüşə butulkalar və alüminium qutular sataraq 46 min dollar qazanıb və bu pulu evin ilkin ödənişinə sərf edib.   Sfera.az bil...

Muzeydə sərgilənəcək: İngiltərəyə qan udduran serial qatilin alt paltarı 5 min dollara satıldı

Bir zamanlar İngiltərəyə qan udduran serial qatil Rouz Uestin alt paltarı muzeyə satılıb. İngiltərədəki cinayət muzeyi serial qatil Rouz Uestə məxsus alt p...

Çində bar pis əhval-ruhiyyədən qurtulmaq üçün müştərilərə başmaqlı kokteyllər təklif edir

Çinin Quançjou şəhərindəki bir müəssisə içki sifariş edərkən müştərilərə ənənəvi “pis adamın döyülməsi” ritualını təklif edib. O, dərhal viral inter...

Məşhur futbolçunun ailəsi evdən qaçırıldı: Özü çarpayının altında gizləndi

Ekvadorda futbolçu Cekson Rodrigesin ailəsi oğurlanıb. Sfera.az xəbər verir ki, “Emelec” futbol klubunun müdafiəçisi 26 yaşlı Cekson Rodrigesin h...

Ölümündən sonra Papanın otağı möhürləndi, üzüyü məhv edildi: Səbəb nədir?

Xəbər verdiyimiz kimi, katoliklərin ruhani lideri Papa Fransisk 88 yaşında vəfat edib. Papanın ölümündən sonra bir sıra adət-ənənələr müşahidə olunur. Papanın i...

Kiyevə kütləvi hücum: Matəm elan olundu

Kiyevdə Rusiya tərəfindən həyata keçirilən kütləvi hücum nəticəsində həlak olanların xatirəsi anılacaq. Aprelin 25-i matəm günü elan edilib.   Sfera....