Rublun çöküşü Azərbaycanda ərzaq məhsullarını ucuzlaşdıracaq – Natiq Cəfərlinin şərhi

11:28 / 28.02.2022
2647
Rusiyanın Ukraynaya
hərbi təcavüzü fonunda rubl kəskin dəyər itirib. Qeyd edək ki, bir ABŞ
dollarının dəyəri artıq 100 rublu keçib. Rublun ucuzlaşmasının Azərbaycana təsirsiz
ötüşməyəcəyi bildirilir.
Proseslərin ehtimal
edilən mümkün gedişiatını Sfera.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli
rublun bundan sonrakı mərhələdə 60 faizdən çox ucuzlaşacağını deyib:
"Mərkəzi Bank çarpaz
məzənnə sisteminə görə, dolların rubla olan nisbətini Azərbaycan manatının
rubla olan nisbətinə görə hesablayır. Artıq Rusiya birjalarında 1 dollar
126-128 rubl aralığındadır. Dolların Azərbaycan ərazisində sabit olduğunu nəzərə
alsaq, bu o deməkdir ki, rubl manat qarşısında 60-70 faiz ucuzlaşacaq. Əgər
sonradan sabitlik yaranarsa, məzənnə dəyişə bilər”.
Ekspert rublun dəyər
itirməsinin Azərbaycanda ərzaq məhsullarının ucuzlaşması ilə nəticələnəcəyini deyib.
Müsahibimiz bununla idxal prosesinin də artacağını vurğulayıb:
Əzizə Zeynal