Rubl ucuzlaşmağa davam edir - \"Rusiyada xarici valyuta qıtlığı yaranacaq\"

Rubl ucuzlaşmağa davam edir - \
Qərb ölkələrinin yeni sanksiyaları fonunda Rusiya rublu ciddi şəkildə dəyərsizləşib. Rusiya valyutası ABŞ puluna nisbətən psixoloji həddi keçərək 1 dollar 105 rubl məzənnəsinədək ucuzlaşıb.

Sfera.az-ın məlumatına görə, bununla bağlı iqtisadçı-deputat Vüqar Bayramov bildirib ki, müharibə davam edərsə və sanksiyalar genişlənərsə, bu, rubl üçün sonuncu dayanacaq olmayacaq:

"Digər tərəfdən, Rusiyada dollara tələbin artması xarici valyuta qıtlığı yaradacaq. Demək olar, bütün Rusiya banklarının qarşısında uzun növbələr müşahidə olunur. Vətəndaşlar banklardan pullarını götürməyə çalışırlar. Bu isə, Rusiyanın bank sektoru üçün ciddi neqtaiv nəticələrə səbəb ola bilər. Rusiyanı SWİFT-dən uzaqlaşdırmaqla bağlı qərardan sonra bu ölkənin maliyyə sektoru sankisyalara daha kəskin reaksiya verir. Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı qərar qəbul ediləcəyi halda isə, bu, rublu ciddi silkələyə bilər”.

Millət vəkili qeyd edib ki, savaşın başlamasından 5 gün keçməsinə baxmayaraq, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına artıq ciddi təsirlər göstərir:

"Görünən odur ki, bu mühairbə Rusiya iqtisadiyyatı üçün heç də ucuza başa gəlməyəcək. Artıq rusiyalı 2 milyarder müharibənin dayandırılması ilə bağlı müraciət edib. Biznes yeni sanksiyalar dalğasından ciddi şəkildə ehtiyatlanmaqdadır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR