Neftin qiymətləri
Brent markalı neftin qiyməti bu il özünün ən yüksək həddinə cari ilin iyun ayının sonunda çatıb, 52 dollar 86 sent.
Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə hərracların son nəticələrinə istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 09:00 olan məlumata əsasən, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,44% bahalaşaraq bir barelə görə 43,29 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,73% artaraq 41,13 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ-da benzin ehtiyatları aprel ayından bu yana ən aşağı səviyyəyə düşüb. Bununla da, Brent markalı neftin qiyməti 41 dollardan 43 dollara qədər bahalaşıb.
Melbourne İG Ltd.-nın bazar araşdırmaçısı Evan Lucas: "Qərbi Texas neftinin (WTI) qiyməti çox güman ki, 45 dollara qədər yüksələcək. ABŞ-dan gələn tələb olduqca yaxşıdır. Əgər qiymətlərdə dalğalanma olarsa bu makro risklər və geosiyası səbəblərdən dolayı olacaq”, o deyib.