Çeçen taboruna Zelenskini öldürmək əmr edilib? – Kadırovun bəhs etdiyi “ən çətin tapşırıq” nədir?

13:56 / 26.02.2022
4087
Çeçenistan rəhbəri
Ramazan Kadırov sosial şəbəkə hesabında Qroznıda 12 mindən çox döyüşçünün
Ukraynada əməliyyatlara könüllü qatılmağa və istənilən çətin tapşırıqları yerinə
yetirməyə hazır olduğunu bildirib. Bu gün isə bir qrup çeçen könüllünün Ukrayna
əməliyyatına qatılmaq üçün yola düşdüyünü əks etdirən görüntülər yayılıb.
Görünür, Putinin
çeçenləri Ukrayna müharibəsinə cəlb etməkdə iki məqsədi var.
Birinci ehtimal odur
ki, çeçenlərin qarşısına qoyulan əsas hədəf Ukrayna Prezidenti Vladimir
Zelenskini və onu əvəzləyə biləcək şəxsləri ən qısa zamanda ələ keçirmək, lazım
gələrsə öldürməkdir. Kadırovun "12 mindən çox döyüşçü Ali Baş Komandan Vladimir
Putindən ən çətin tapşırıqların icrası üçün əmr gözləyir” sözləri də bunu təsdiq
edir. Mümkündür ki, Kadırovun qeyd etdiyi "ən çətin tapşırıq” məhz Zelenskini
aradan götürməkdir.
Zelenski hazırda
Ukrayna və onun xalqı üçün simvollaşmış personadır. Aydın məsələdir ki, onun
ölümü Ukrayna xalqının müqavimətini və qələbəyə olan inamını sarsıda bilər. Digər
tərəfdən, Zelenskinin əvvəlcə Putinlə danışıqlar masasına otumağa razı olduğunu
deyərək, , Qərbin dəstəyini aldıqdan sonra isə bundan imtina etməsi Kremli qəzəbləndirib.
Görünür, elə bu səbəbdən də çeçenlərin qarşısında ümdə vəzifə kimi Prezident
Zelenskini ələ keçirmək və ya öldürmək tapşırığı qoyulub.
İkincisi, Putin
Ukraynanın Rusiya-Çeçenistan müharibəsində çeçenlərə verdiyi dəstəyi unutmayıb. Rusiyada yaşayan digər milli azlıqların deyil, məhz çeçenlərin prosesə cəlb
edilməsi iki xalq arasında müharibədən sonra davam edəcək etnik gərginliyin zəminini yaratmağa hesablanıb. Çeçenlər Ukraynada sivil vətəndaşlara atəş açsa, terror aktı həyata
keçirsə, bu, iki xalq arasında uzun illər davam edəcək etnik nifrətin əsasını
qoyacaq.
Turan Rzayev
Sfera.az