İlhamə Quliyeva ölümündən əvvəl Cavanşir Məmmədova 200 min verib - Sensasion Açıqlama

İlhamə Quliyeva ölümündən əvvəl Cavanşir Məmmədova 200 min verib - Sensasion Açıqlama
Azərbaycan və Dağıstanın xalq artisti İlhamə Quliyevanın vəfatından aylar keçsə də, onun haqda söz-söhbətlər, sensasiyalı məlumatlar səngimək bilmir. 
Bu günlərdə Bizimyol.info saytına sensasion məlumat daxil olub. Məlumata görə, xalq artisti İlhamə Quliyeva ölümündən az qabaq əməkdar artist Cavanşir Məmmədova 200 min manat pul verib. Saytımıza daxil olan məlumatda, bu böyük məbləğin hansı məqsədlə əməkdar artistə verilməsi və 200 min manat pulun sonrakı aqibətinə də aydınlıq gəlməyib.
 
Məsələ ilə bağlı Bizimyol.info saytının əməkdaşı əməkdar artist Cavanşir Məmmədovla əlaqə saxlayıb. O, sayta açıqlamasında əvvəlcə məlumatın doğru olmadığını bildirsə də, sonradan bir çox sirlərə aydınlıq gətirib.
 
"İlhamə xanım hələ ölməmişdən qabaq, bankda  olan pulundan 200 min manat çıxarmışdı. Bir gün mənə zəng etdi ki, bankdan pulumu çıxarmışam, ev almaq istəyirəm. Evi axtarıb tapana qədər, pulun səndə qalmasını istəyirəm. Mən də pulu götürüb, evdə saxladım. İnanın istəmirdim saxlamaq, çünki böyük məsuliyət idi. Hər gün pula görə evə 10 dəfə zəng edirdim ki, qapını heç kimə açmayın, pulu oğurlayarlar. İlhamə xanım pulu mənə əmanət edəndə dedim ki, oğlun, yaxınların da bilsin ki, birdən sənə nəsə olar, pulun aqibətini bilim nə etmək lazımdı. 
 
Saytımızın əməkdaşının bəs pulu öz evində niyə saxlamırdı sualına Cavanşir Məmmədov belə cavab verib: "O mənə dedi ki, ev tapan kimi pulu səndən götürəcəm. Mənim evimdən oğurlayarlar. Heç kimin adını çəkmədi, sadəcə dedi ki, oğurlayarlar".
 
Daha sonra əməkdar artist açıqlamasında pulun aqibətinə də aydınlıq gətirib. "İlhamə xanımın pulu iki ay məndə qaldı. Daha sonra biz ona ev tapdıq. Elə rəhmətə getdiyi evi, həmin pulun üstünə 120 min manat da əlavə edib, 320 min manata aldıq. "Hüseyn Cavid” parkından aşağıda, dənizə panaramalı evdir. Yəni bu məsələni onun oğlu da, əməkdar artist Firuzə İbadova da bilir. Oğlu Orxan evi 350 min manata danışmışdı, mən 320 minə aldım. İlhamə xanımı bu məsələdə 30 min qabaq saldım.  Daha sonra evin mebellərini də mən almışam, orda da İlhamə xanımı 15 min manat endirim etdirmişəm. Mebelləri də 50 minə almışam. Yəni məlumat doğrudu. Mən belə etibarlı adam olmuşam. O qədər pulu qardaş qardaşa etibar etməz. Heç bir sənəd, razılaşma olmadan, pulu mənə əmanət edib. Görünür, kimsə məni çox istəyənlərdən biri, bu məlumatı sizin saytınıza verib. İlhamə xanımla mən çox yaxın olmuşam. Allah ona rəhmət eləsin. Çox yaxşı qadın olub. Çoxlarına yaxşılıqlar edib, amma nədənsə ancaq pisliyi danışılır.”
 
 


OXŞAR XƏBƏRLƏR

İsveç məhbuslarını Estoniyaya göndərəcək

İsveç məhbuslar üçün həbsxana yerlərinin kirayəsi ilə bağlı Estoniya ilə razılığa gəlib.   Sfera.az xəbər verir ki, bu barədə İsveçin SVT televi...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Hacıqabul rayonunun altı kəndində 1 545 abonentin qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İs...

Türkiyədə avtobus aşıb, 12 hərbçi yaralandı

Türkiyənin Hakkari şəhərində hərbçiləri daşıyan avtobus aşıb.   Sfera.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.  ...

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələri...

Sahibə Qafarova TBMM-in sədrini təbrik etdi

​​​​​​Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibəti ilə ...

Hindistanda stadionda yaşanmış izdiham nəticəsində 10-dan çox insan öldü

Hindistanın cənubundakı Banqalor şəhərində stadionda yaşanmış izdiham nəticəsində azı 11 nəfər ölüb, onlarla insan yaralanıb.   Sfera.az xəbər verir ...