“Anonymous” Rusiyaya müharibə elan etdi

“Anonymous” Rusiyaya müharibə elan etdi
Dünyanın ən məşhur və təhlükəli kiber qruplaşması "Anonymous” Rusiyaya müharibə elan edib.

Sfera.az bildirir ki, bu barədə texno-bloqqer Fərid Pərdəşünas məlumat verib. O bildirib ki, sözügedən qurum sosial media hesabından etdikləri paylaşımda Rusiyaya qarşı olan kiber savaşda iştirak etdiklərini və əsas hədəflərinin Rusiya dövlət qurumları olduqlarını açıqlayıblar.

"Əlavə olaraq rus özəl sektoruna da hücum planlanıb. "Anonymous” dünyada barışın yanında olduğunu və sülh istədiyini bildirib. Baydenin son açıqlamalarından, Rusiyanın Amerikaya qarşı kiber-təhdidlərindən sonra "Anonymous” işə düşdü. Böyük bir kiber-müharibə başlayır. Burada oyunçular daha aydındır - Rusiya və Amerika”, - deyə bloqqer əlavə edib.


Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR