Sanksiya qorxusu: şirkətlər Rusiya neftini daşımaqdan imtina edir, banklar hesab açmaq istəmir

Sanksiya qorxusu: şirkətlər Rusiya neftini daşımaqdan imtina edir, banklar hesab açmaq istəmir
"Rusiya neftinin böyük alıcıları sanksiyalardan qorxan banklar və tanker şirkətləri ilə problemlər yaşayır”. 

Sfera.az xəbər verir ki, bu haqda məlumatı neft-qaz sahəsi üzrə ekspert Zəfər Vəliyev paylaşıb.  

Z.Vəliyev qeyd edib ki, banklar neft tədarükü ilə bağlı hesab açmaqdan, dəniz nəqliyyatı şirkətləri isə daşımadan imtina edir: "Buna görə də Rusiyanın Avropa ölkələrinə ixrac etdiyi URALS markalı neftinin dəyəri "Brent” markalı neftin dəyərinə nisbətən 7-8 dollar endirimlə təklif edilir”. 

Ekspert deyib ki, Rusiya dünyada neftin 8,4 faizini istehsal edir və əsas neft ixrac edən ölkələrdən biridir. Rusiyadan neft alanlar arasında çoxlu sayda Avropa ölkəsi də var.  

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR