Ancelina Colidən Ukraynaya DƏSTƏK

Maqazin
11:59 / 25.02.2022
1220
Hollivud ulduzu, aktrisa Ancelina Coli Rusiya-Ukrayna müharibəsi ilə bağlı paylaşım edib.
Sfera.az bildirir ki, aktrisa sosial media hesabında Ukraynaya dəstək olduğunu vurğulayıb:
"Bir çoxlarınız kimi mən də Ukraynadakı insanlar üçün dua edirəm. Bölgədəki köçkünlərin və qaçqınların müdafiəsi, ən əsas insan hüquqlarının təmin edilməsi üçün mümkün olan hər şey edilməsi diqqət mərkəzimizdədir. Artıq itkilər və insanların təhlükəsizlikləri naminə evlərini tərk etməyə başladığı barədə xəbərlərlə tanışıq”.
Ulduz əlavə edib ki, indiki məqam üçün nə olacağını demək hələ tezdir.
Türkan
Sfera.az