"Vətəndaşlarımız öz evlərində qalsınlar, hələ ki, bu, ən təhlükəsiz variantdır" - Ukraynadakı səfirimiz

"Ukraynada baş verən döyüşlərdə Azərbaycan vətəndaşları xəsarət almayıb. Lakin bizə hər an təhlükəli və narahatedici xəbərlər gəlir”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova İTV-də canlı yayımda bildirib.

"Məsələn, bir diplomatımız Nailə Mirqorod şəhərində yaşayır. Orada hərbi aerodromu darmadağın ediblər. Xarkovdan narahatedici xəbərlər gəlir. Xarkovda xeyli sayda azərbaycanlılar var. Onların dəqiq sayını deyə bilmərik. Biz diaspora təşkilatının rəhbərlərinə zəng etdik. Lakin onların bəziləri artıq Azərbaycandadır, bəziləri də konkret say deyə bilmədilər. Xarici İşlər Nazirliyi, cənab nazirlə mütəmadi əlaqə saxlayırıq”, - deyə səfir qeyd edib.

Elmira Axundovanın sözlərinə görə, səfirlik Ukraynanın Türkiyədəki Səfirliyi ilə əlaqədədir: "Vətəndaşlarımızı hərbi qüvvələrin, hərbi obyektlərin cəmləşdiyi əraziyə getməkdən çəkinməyə, sərhəd vilayətlərinə səyahət etməməyə çağırırıq. Öz evlərində qalsınlar, hələ ki, bu, ən təhlükəsiz variantdır. Bizdə olan məlumatlara görə, bütün yollar tıxacdır”.

Səfir qeyd edib ki, hazırda Ukraynada vəziyyət gərgindir: "Biri deyir rus ordusu Xarkovu tutub, o biri deyir Lvovu. Hələ ki, informasiya dəqiq deyil. Dezinformasiyalara inanmayın. Burada vatsap və internetdən başqa, adi telefon belə işləmir. Harasa zəng etmək, çox çətindir. Telefonlar blok olunub. Telefon vasitəsilə biz demək olar ki, heç yerə çıxa bilmirik”.

Elmira Axundova əlavə edib ki, Kiyevdəki səfirlikdə və Xarkovdakı fəxri konsulluqda vətəndaşlar üçün qaynar xətt yaradılıb: "Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycanın Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər”. 

OXŞAR XƏBƏRLƏR

"Bölgənin 12 ölkəsinə Azərbaycan qazı ixrac ediləcək" - Mikayıl Cabbarov

"Azərbaycan dünya iqtisadiyyatı üçün mühüm olan enerji və logistika layihələrinin reallaşdığı məkana çevrilib". Sfera.az xəbər verir ki, bunu Mil...

Əhaliyə XƏBƏRDARLIQ: Bakıda və bölgələrdə leysan yağacaq

Bu gündən Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda noyabrın 27-dək yağıntılı hava şəraitinin olacağı gözlənilir.   Sfera.az xəbər verir k...

Agentlik onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.   Sfera.az xəbər verir ki, bu barədə MEDİA məlumat yay...

İngiltərə klubu baş məşqçisi ilə yolları ayırdı

İngiltərənin "Lester" klubu baş məşqçisi Stiv Kuperlə yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə Lester təmsilçisinin mətbua...

MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib.   Sfera.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayı...

Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik etdi

Prezident İlham Əliyev Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxiyə təbrik məktubu göndərib.   Sfera.az xəbər verir ki, məktubda deyil...