Rusiya-Ukrayna müharibəsinin ilkin iqtisadi nəticələri: neft və metallar bahalaşır, rubl ucuzlaşır

Rusiya-Ukrayna müharibəsinin ilkin iqtisadi nəticələri: neft və metallar bahalaşır, rubl ucuzlaşır
Bu gün səhərdən Rusiya ordusunun Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması beynəlxalq bazarlarda, həmçinin Rusiyada bizim üçün əhəmiyyətli olan iqtisadi göstəricilərdə kəskin dəyişikliklərə səbəb olub.  

Sfera.az bildirir ki, bu gün birjalar açılan kimi neft qiymətlərində sıçrayış baş verib. "Brent” neftinin qiyməti sürətlə yüksələrək 94,3 dollardan 102 dollara qalxıb. İlk saatlarda sürətli bahalaşmanın ardından neftin dəyəri düşərək 98-99 səviyyəsində qərarlaşıb.  

Ukrayna ətrafında gərginliyin yaranmasından bəri neftin bahalaşması müşahidə edilir. Ekspertlər hesab edir ki, əgər neft bazarına müdaxilə olmasa "Brent” neftinin qiyməti 120 dollara qədər yüksələcək.  

Azərbaycanın ixrac etdiyi neftin qiyməti isə artıq dünən 100,8 dollara çatıb. Bugünki bahalaşma nəzərə alınarsa, Azərbaycan neftinin qiyməti ən azı 104-105 dollara çatacaq.  

Münaqişə rus rublunu ucuzlaşdırır. Dünən səhər 77-78 səviyyəsində olan dollar/rubl kursu hazırda 84-dür. Rublun daha da ucuzlaşma ehtimalı güclüdür. Rusiyalı analitiklər proqnozlaşdırır ki, ölkənin mərkəzi bankı rublu sabit saxlamaq üçün ehtiyatlarından çox istifadə etməyəcək. Buna görə də rubl ucuzlaşacaq. Amma mərkəzi bankın rublun 100 həddinə qədər dəyər itirməsinə də seyirci qalmayacağı bildirilir.  

Rusiyaya qarşı mümkün sanksiyaları nəzərə alsaq qara və əlvan metalların, meşə məhsullarının qiymətində də sıçrayış baş verəcək. Artıq metalların qiymətində bir gündə 3-6 faiz səviyyəsində bahalaşma var.  

Qeyd edək ki, qiymət artımları və rublun ucuzlaşması Azərbaycan üçün əlverişlidir. Çünki ölkəmiz neft-qaz və bir çox metalların ixracatçısıdır, eyni zamanda Rusiyadan gündəlik istehlak mallarının idxalını həyata keçirir. Bu vəziyyətdə Azərbaycanın ixracı artacaq, idxal qiymətləri isə düşəcək.  

Lakin nəzərə almaq lazımdır ki, müharibənin davam edəcəyi və Rusiyanın Ukrayna torpaqlarını işğal edəcəyi təqdirdə ABŞ və onun müttəfiqlərinin hasilatı artıraraq neft qiymətlərini sürətlə aşağı salması realdır.  

2014-cü ildə biz bunun şahidi olmuşduq. Neftin ucuzlaşdırılması ilə yanaşı ABŞ dollarının bahalaşdırılması ehtimalı da güclüdür. ABŞ mərkəzi bankının (FED) mart ayından başlayaraq faizləri qaldıracağı və müxtəlif tədbirlər hesabına pul kütləsinin həcminin azaldılacağı gözlənilir. Belə bir vəziyyətdə dolların nəzərəçarpacaq dərəcədə bahalaşması realdır. 

Dolların kəskin bahalaşması isə neftin bir qədər də ucuzlaşmasına şərait yaradacaq.  

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kab...

Tokayev Azərbaycana təşəkkür etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Etimad Tədbirləri Konfransının (AETİK) inkişafına töhfəsinə görə Azərbaycana təşəkkür edib.   Bu b...