Canlı yayımda Arif Quliyevin vəziyyəti ağırlaşdı - FOTOLAR

Canlı yayımda Arif Quliyevin vəziyyəti ağırlaşdı - FOTOLAR
Dünən aktyor Arif Quliyevin halı pisləşib.

Xəstəxanaya yerləşdirilən xalq artistinin hazırda səhhəti normaldır. 

A.Quliyev bu gün Space televiziyasının səhər proqramının qonağı olub. Canlı yayımda "Hər səhər"in qonağı olan xalq artisti yenə də tamaşaçıları duzlu-məzəli əhvalatları, lətifələri ilə sevindirib. Arif Quliyev əməkdar artist Kəmalə Müzəffərin aparıcılıq etdiyi verilişdə hətta müəyyən muğam və mahnılardan parçalar da oxuyub.

Canlı yayımda Arif Quliyevin vəziyyəti ağırlaşdı - FOTOLAR

BiG.AZ-ın bizimyol.info-a istinadən verdiyi xəbərə görə, avqustun 2-də xalq artisti Arif Quliyevin vəziyyəti pisləşərək xəstəxanaya aparılıb. O, 1 saylı Şəhər Klinik Xəstəxanasının 2 -ci şöbəsinə yerləşdirilib. Xəstəxanadan saytımıza verilən məlumata görə, yüksək qan təzyiqi diaqnozu ilə xəstəxanaya aparılan xalq artistinin hal-hazırda xəstəxanada olduğu, vəziyyətinin normal olduğu bildirilib. Xalq artistinin özü də açıqlamasında danışmağa çətinlik çəkdiyini, qan təzyiqinin aşağı salınması üçün həkimlərin müdaxilə etdiyini bildirib.

Canlı yayımda Arif Quliyevin vəziyyəti ağırlaşdı - FOTOLAR
Canlı yayımda Arif Quliyevin vəziyyəti ağırlaşdı - FOTOLAR

OXŞAR XƏBƏRLƏR