"Sənə hər şeyi halal edirəm qızım" - Zaurdan 3 yaşlı Dilavərinə gözyaşardan TƏBRİK

Bu gün ATV-nin aparıcıları Zaur və Günay Baxşəliyevlərin qızları Dilavərin 3 yaşı tamam olur.

BiG.AZ xəbər verir ki, Z.Baxşəliyev bu barədə təəsüratlarını bölüşüb.

Qızının 3 yaşını təbrik edən aparıcı onunla bağlı xoş arzularını dilə gətirib:

"Hə qızım gəldik çıxdıq üçüncü pilləyə. Həyat nərdivanının pillələrini hələki mənimlə dırmaşırsan. İnşallah bir yerdə əlimi buraxıb özün qalxacaqsan. Ay ata, burax əlimi ayıbdır deyəcəksən. Olsun, təki ayaq basdığın yerlər möhkəm olsun qızım. Büdrəməyəsən demək gəlir içimdən bir ata kimi. Amma yıxılmamaq mümkün deyil bu həyatda balam. Ən əsası odur ki, yıxılanda durmağı bacarasan. Atan səndən çox uzaqlarda olacaq bir gün. Sən onda atanın səni görmək istədiyi bir zirvədə olacaqsan. Amma bu zirvə səni insanlardan ayırmasın. Təklənmə. Təklik Allaha məxsus gülüm. İndi qolumun üstə yatırsan, sümüyüm, ətim, qanımla sənə xidmətdəyəm. Yastığın oluram, döşəyin oluram. Yeməyin oluram. Mənim əziyyətimi unudacaqsan çünki qanmaz yaşında xidmətindəyəm. Sən bu əziyyətləri öz balan olanda dərk edəcəksən. Mənim əziyyətimi unutsan da olar, nə etsən belə sənə hər şeyi bu həyatda halal edirəm qızım. Amma Allahını heç vaxt unutma! Sən indi onu tanımırsan, çünki hələ qanmırsan, amma qananda biləcəksən ki, atan Allahı nə qədər sevir, sənə görə mamaya görə nənəyə görə və mənə bəxş elədiyi bütün nemətlərə görə. Mənim ən dəyərli nemətim ,çalış hər zaman yaxşılıq elə, çünki Allah yaxşılıqları sevər! Sənə pislik edən çox olacaq, unutma, amma sən heç vaxt pisliklə cavab vermə. Sən saf ol, Allah sənin əvəzindən hər kəsin payını verəcək. Bu yazdıqlarımı sən indi anlamazsan. Amma zaman gələcək oxuduqca gözlərin dolacaq! Qızım nə zamansa sevgidən acsan, bil ki səni həyatda hər şeydən və hər kəsdən cox sevən bir kişi var- Atan! Bu sevgi səni ömrünün sonuna qədər təqib edəcək! Səni sevirəm qızım! 3-cü pillən mübarək!". 



OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.   Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədr...

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...