26 yaşlı fenomen görünüşünə görə edilən tənqidlərdən danışdı: "Psixoloji şiddətə məruz qalıram”

26 yaşlı fenomen görünüşünə görə edilən tənqidlərdən danışdı:
Britaniyalı televiziya ulduzu Kloe Ferrinin son açıqlamaları sosial mediada gündəm olub.
 
Sfera.az bildirir ki, 26 yaşlı cazibədar fenomen "Instagram”da paylaşdığı hər şeyin real olmadığını açıqlayıb. O, bu barədə "MailOnline”a danışıb. 

Kloe seksi alt paltarındakı fotoları üçün poza verərkən əslində özgüvənsiz olduğunu etiraf edib:

"İllərlə bədənim və görünüşüm haqqında nifrət dolu şərhlər yazandan sonra, indi mənə kompliment edən insanlara inanmıram. Düzdür, mən cazibədaram, amma çox güvənsizəm. Möhtəşəm göründüyümü düşünə bilərsiniz, lakin fotosessiya zamanı üsyan edirəm, seksi olmadığımı fikirləşirəm”.

Kloe, həmçinin deyilənlərin əksinə, dostlarının fərqli düşündüyünü də vurğulayıb: 

"Məsələn, ötən həftə istirahətə getmişdim, dostum "Ferri, həqiqətən gözəl görünürsən” desə də, mən "heç elə hiss etmirəm” deyə qarşılıq verdim. Üzərimdə ciddi təzyiq var. Mənə "kök və çirkin” deyənlər var. Televiziyaya çıxmamışdan qabaq ən özgüvənli insan olmuşam. Hər gün tənqid olunuram, psixoloji şiddətə məruz qalıram”.

Televiziya ulduzu tənqidlərə görə, estetik əməliyyatlara girdiyini də söyləyib: 

"Döş implantları, rinoplastika, yanaq və dodaq böyütmə də daxil olmaqla, bir neçə əməliyyat etdirmişəm. Bunu hər kəs bilir. Lakin əməliyyat olmağınız sizi pis bir insan etmir”.

Qeyd edək ki, Kloe Ferri İngiltərədə ən çox baxılan realiti proqramlarından biri olan "Geordie Shore" ilə tanınıb.

Türkan
Sfera.az

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Dəmir qutu və butulkalar satmaqla ev almaq üçün pul topladı

Avstraliyalı Damian Qordon şüşə butulkalar və alüminium qutular sataraq 46 min dollar qazanıb və bu pulu evin ilkin ödənişinə sərf edib.   Sfera.az bil...

Muzeydə sərgilənəcək: İngiltərəyə qan udduran serial qatilin alt paltarı 5 min dollara satıldı

Bir zamanlar İngiltərəyə qan udduran serial qatil Rouz Uestin alt paltarı muzeyə satılıb. İngiltərədəki cinayət muzeyi serial qatil Rouz Uestə məxsus alt p...

Çində bar pis əhval-ruhiyyədən qurtulmaq üçün müştərilərə başmaqlı kokteyllər təklif edir

Çinin Quançjou şəhərindəki bir müəssisə içki sifariş edərkən müştərilərə ənənəvi “pis adamın döyülməsi” ritualını təklif edib. O, dərhal viral inter...

Məşhur futbolçunun ailəsi evdən qaçırıldı: Özü çarpayının altında gizləndi

Ekvadorda futbolçu Cekson Rodrigesin ailəsi oğurlanıb. Sfera.az xəbər verir ki, “Emelec” futbol klubunun müdafiəçisi 26 yaşlı Cekson Rodrigesin h...

Ölümündən sonra Papanın otağı möhürləndi, üzüyü məhv edildi: Səbəb nədir?

Xəbər verdiyimiz kimi, katoliklərin ruhani lideri Papa Fransisk 88 yaşında vəfat edib. Papanın ölümündən sonra bir sıra adət-ənənələr müşahidə olunur. Papanın i...

Kiyevə kütləvi hücum: Matəm elan olundu

Kiyevdə Rusiya tərəfindən həyata keçirilən kütləvi hücum nəticəsində həlak olanların xatirəsi anılacaq. Aprelin 25-i matəm günü elan edilib.   Sfera....