DİM-in sual kitabçalarını iştirakçılara qaytarmaması narazılıq yaratdı: "50 manat ödəyirik, amma..."

DİM-in sual kitabçalarını iştirakçılara qaytarmaması narazılıq yaratdı:
Magistratura imtahanından sonra sual kitabçaları DİM-ə təhvil verilib.  Bu da yenidən iştirakçılar arasında səs-küyə səbəb olub. Əksəriyyət "bu xidməti almaq üçün yetərincə böyük məbləğ, 50 manat ödəyirik, amma kitabçaları vermirlər”, deyə narazılıqlar edir.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, DİM imtahan kitabçasının verilməməsini böyük vəsait xərcləməsi, testlərin təşkilatın intellektual mülkiyyəti olması və başqa imtahanda da istifadə ediləcəyi  ilə izah edir, lakin bu izahat çox qüsurludur:

"Hər bir testin müəllifi müəllimdir  və DİM sadəcə onu dövlət resursu hesabına əldə edir, bu testlərin yalnız kommersiya hüququ DİM-dədir. Dövlətə məxsus olduğundan istifadədən sonra açıq olmalıdır. Eyni zamanda DİM imtahanlarda əvvəlki illərdə formalaşan bazadan da yetərincə suallar istifadə edir. Hansı ki, onun da xərcləri əvvəldən ödənilib və əvəzində qurum ondan pul qazanıb. Uzun illər dövlət resursları hesabına formalaşan test bankı DİM-ə imkan verir ki, imtahanları daha az xərclərlə təşkil etsin. Odur ki, ya gərək DİM hər bir imtahan iştirakçısı üçün çəkilən xərci ağlabatan formada izah etsin, ya da sual kitabçalarını iştirakçılara versin”.

O.Gündüz bildirib ki, DİM-in test bankını  formalaşdırmağa və onun emalına çəkdiyi xərclərlə, 50 manatdan olmaqla  kütləvi yığımlardan toplanan vəsaitlər arasında kəskin fərq var:

"Əlbəttə, DİM publik hüquqi şəxsdir, pul qazana bilər, amma kommersiya maraqları hər şeyi üstələməli deyil. Düşünürəm ki, hökumət, DİM  indiki durumda təhsili  ön plana çəkməli, daha çox iddiaçının imtahan verməsi üçün imkanlar yaratmalıdır. Sual kitabçaları əsasında iştirakçılar sonradan daha effektiv hazırlaşa, bilikləri paylaşa, apellyasiya müraciətləri edə bilər. Yeri gəlmişkən, DİM son zamanlar dövlət resursları hesabına formalaşan test bankını kommersiya qurumlarına satır və buradan da böyük vəsaitlər əldə edir. Artıq  DİM-ə yaxın qurumlar onun datasından istifadə edərək böyük bir biznes də qurublar. Qurum bu datalardan bütün maraqlı tərəflərin bərabər əsaslarla istifadəsi üçün şərait yaratsa, düşünürəm ki, daha böyük vəsait əldə edə bilər. İndiki halda, DİM-in sual kitabçalarını  iştirakçılara qaytarmaması məntiqsiz və qanunsuzdur”.

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...