Murad Arif də qalmaqala qoşuldu: "Pul tələb etmək..."

Maqazin
11:39 / 23.02.2022
640
"Musiqiçinin əmtəəsi musiqidir”.
Sfera.az bildirir ki, bunu tanınmış bəstəkar-müğənni Murad Arif son zamanlar müzakirə obyektinə çevrilən "müğənnilərin verilişə getmək qarşılığında pul istəməyi" mövzusundan danışarkən deyib. O, bu istiqamətdə anlaşılmayan nəyinsə olmadığını vurğulayıb:
"Vaxt var idi, televiziya və radio efirlər vitrin idi. Çıxırdın ki, ya musiqini, ya da özünü tanıdasan. İndi, vitrin rolunu "Youtube” və sosial media oynayır. Özünə inamı olan sənətçi də hər kanalda, efirdə, verilişdə, hər aparıcıyla özünü xərcləməməyi seçir”.
M.Arifin sözlərinə görə, pul tələb etmək imtina etməyin bir formasıdır: "Yəni, "Məhz səndə görünmək marağımda deyil". Bu qədər bəsit”.
Türkan
Sfera.az