Daha bir məktəb əyani tədrisə qayıtdı

Təhsil
09:29 / 23.02.2022
724
Paytaxtdakı 218 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.
Bu barədə Sfera.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.