Neftin qiymətində cüzi bahalaşma

Neftin qiymətində cüzi bahalaşma

 

Qiymətlər cari ilin iyun ayının sonunda olan maksimum artımdan aşağı olaraq qalır.

Dünya bazarlarında neftin qiyməti cüzi bahalaşıb.

Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 09:00 olan məlumata əsasən, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,31% bahalaşaraq bir barelə görə 41,93 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46% artaraq 39,69 dollar təşkil edib.

Qeyd edək ki, Brent markalı neftin qiyməti bu il özünün ən yüksək həddinə cari ilin iyun ayının sonunda çatıb, 52 dollar 86 sent.


OXŞAR XƏBƏRLƏR