Əmanətlərin məbləği sürətlə artır

Əmanətlərin məbləği sürətlə artır
2022-ci ilin yanvarın sonuna olan məlumata əsasən, əhalinin banklarda 9,636 milyard manat məbləğində əmanəti var.  
 
Sfera.az xəbər verir ki, bu, dekabrın sonunda olan məbləğdən 394 milyon manat, yəni 4,26 faiz çoxdur.  

Son aylarda əhalinin banklarda olan əmanətlərinin həcmində sürətli artım müşahidə edilir. Bir il əvvəlki dövrlə müqayisədə əmanətlərin məbləğinin 1,256 milyard manat (15 faiz) artmasını görürük. 

Əmanətlərin artması birmənalı olaraq manatla yığımların sürətlə artması ilə bağlıdır. Son məlumata əsasən, əmanətlərin 5,85 milyard manatı milli valyutada saxlanılıb ki, bu da cəmi əmanətlərin 60,7 faizi deməkdir.  

Son bir ildə manatla əmanətlərdə 1,67 milyard manat, yəni 40 faiz artım qeydə alınıb.  

Xarici valyutada olan əmanətlər isə əksinə, 4,2 milyard manatdan 3,79 milyard manata qədər azalıb.  

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...