Bu ərzaq məhsullarının idxalı rüsum və vergidən azad edilə bilər - SİYAHI

Bu ərzaq məhsullarının idxalı rüsum və vergidən azad edilə bilər - SİYAHI
2022-ci ildə ərzaq məhsullarında bahalaşmanın davam etməsi hökuməti antiinflyasiya tədbirləri görməyə vadar edib. Cari ilin yanvarına aid olan məlumata əsasən, ərzaq mallarının qiymətində illik artım 17,4 faizə yüksəlib ki, bu da həm ev təsərrüfatlarının gəlirlərindəki artım sürətindən, həm də ümumən əhalinin nominal gəlirlərindəki artımdan güclüdür.  
 
Sfera.az xəbər verir ki, aparılan statistik müşahidələr bahalaşmanın idxal yolu ilə yarandığını göstərir. Başqa sözlə, qiymət artımlarında idxal inflyasiyasının payı daxili amillərdən daha güclüdür.  

Buna görə də hökumət ərzaq qiymətlərinin əlverişli səviyyədə saxlanılması üçün əsas qida məhsullarının idxalını ucuzlaşdıracaq.   

Baş nazir Əli Əsədovun imzaladığı "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamdan görünür ki, bu məqsədlə minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarına gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlər veriləcək. 

Eyni zamanda qiymət artımları ticarət əlavələri hesabına da tənzimlənəcək.  

Statistik məlumatların təhlilindən aydın olur ki, ölkəmizə idxal edilən ərzaq malları arasında daha yüksək qiymət artımı heyvandarlıq məhsullarında, hazır qida məhsullarında və yağlarda qeydə alınıb. İdxal edilən bitki mənşəli məhsullardan isə dənli bitkilər istisna olmaqla bahalaşma böyük deyil. 
 
Bəs, hansı əsas ərzaq mallarının idxalına güzəştlər tətbiq edilə bilər?  

"Yaşayış minimumu haqqında” Qanun əsas ərzaq məhsullarının dairəsini müəyyənləşdirib. Həmin qanuna görə çörək və çörək məhsulları (una çevirməklə), kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə, ət və ət məhsulları, süd və süd məhsulları, balıq və balıq məhsulları, yumurta, şəkər və qənnadı məmulatları, bitki yağı, marqarin və digər piylər, kərə yağı əsas ərzaq məhsulları hesab edilir.  

Bu məhsullardan unun idxalı və satışı vergi və rüsumdan azaddır. Həmçinin tərəvəz, bostan məhsulları, meyvə, yumurta ilə Azərbaycan özünü tam təmin etdiyindən idxal mallarından böyük asılılıq yoxdur.  

Ölkəmizə xaricdən ən çox idxal edilən əsas ərzaq məhsulları ət və ət məhsulları, balıq və balıq məhsulları, şəkər və qənnadı məmulatları, bitki yağı, marqarin və digər piylər, kərə yağıdır. Bu məhsulların qiymətində ciddi artım var. Böyük ehtimalla, hökumət yaxın günlərdə həmin məhsulların idxalını gömrük rüsum və vergilərindən tam və ya qismən azad edəcək. Azadetmə müddəti isə 3 və ya 6 ay ola bilər.  

Bunlardan başqa, Vergi Məcəlləsinə görə ölkəmizə idxal edilən və istehsal olunan kənd təsərrüfatı mallarından sahibkarların tətbiq etdiyi ticarət əlavəsindən əlavə dəyər vergisi (ƏDV) tutulur. Yüksək qiymət artımlarını nəzərə alaraq müəyyən müddətə ticarət əlavəsindən verginin tutulması dayandırıla bilər.  
Hökumət bu tədbirlər hesabına əsas ərzaq mallarında bundan sonrakı bahalaşmanın qarşısını alacaq. Çünki qarşıdakı aylarda ərzaq mallarında bahalaşmanın davam edəcəyi ehtimalı var. Son günlər neft qiymətlərinin artması, Ukrayna ətrafında gərginliyin yüksəlməsi səbəbilə ərzaq mallarında növbəti bahalaşmanın olacağı proqnozlaşdırılır. Bu baxımdan hökumətin fiskal tədbirləri əsas ərzaq mallarındakı bahalaşmanı dayandıra və ya səngidə bilər.  

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...