Anası Özcan Dənizdən küsüb - Müğənni və iranlı sevgilisi barədə yeni İDDİA

Anası Özcan Dənizdən küsüb - Müğənni və iranlı sevgilisi barədə yeni İDDİA
Türkiyəli müğənni Özcan Dəniz haqqında inanılmaz iddia ortaya atılıb.
 
Sfera.az bildirir ki, bu barədə "Söylemezsem Olmaz” verilişində söz açılıb. Belə ki, Dənizin hazırkı sevgilisi Samar Dadqarla evlənməmişdən qabaq münasibətdə olduğu irəli sürülüb. İddialara görə, ifaçının anası həmin zaman oğlunun Samarla yaşadıqlarına razılıq verməyib.

"”Bu, digərindən daha betərdir” deyən Özcanın anası oğlundan küsüb. Valideyninin şahid olduğu nələrsə var”, deyə verilişin aparıcıları qeyd edib.

Xatırladaq ki, oğlu Kuzeyin anası Feyza Aktanla problemli boşanma müddətindən sonra Özcan Dəniz özündən 24 yaş kiçik olan iranlı model Samar Dadqarla eşq yaşamağa başlayıb.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR