Putinin gecə çıxışı birjaları qarışdırdı – Nə ucuzlaşdı, nə bahalaşdı?

10:31 / 22.02.2022
758
"Kremlinin
son qərarı qlobal iqtisadiyyata təsirsiz ötüşməyib. Şərqi Avropada yarana
biləcək daha böyük miqyaslı gərginlikdən təsirlənən birjalarda strateji
məhsulların qiymətində artımlar müşahidə edilib”.
Sfera.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Millət vəkili 1 həftədə neftin 7 dollaradək bahalaşdığını qeyd edib:
"Ötən həftəni 1 bareli 90.70 dollar ilə qapayan Brent markalı neft indi 97 dollara təklif edilir. Yeni həftədə neft 7 faizə yaxın bahalaşıb.Rusiya rublu da təzyiq altındadır. Dünən hərraclarda dollara nisbətən 76.70 məzənnəsi dəyişdirilən Rusiya pulu ucuzlaşıb. Avro dollara nisbətən cüzi ucuzlaşıb. Avropa pulu son gün 1 faizə yaxın dəyər itirib. Avropanın Şərqində baş verənlər hələlik avrozonaya xüsusi təsir etməyib”.
Deputat bir sıra sektorların Qərbdən asılı hala düşəcəyini deyib:
"Bununla yanaşı, istər neft, istərsə də valyuta, xüsusən də rublun məzənnəsi birbaşa Qərbin qəbul etdiyi qərarlardan asılı olacaq. Ağ Evdə və Brüsseldə Rusiyaya qarşı sanksiyalar ilə bağlı açıqlamalar verilsə də, hələlik hansı addımların atılacağı dəqiqləşdirilməyib. Bir müddət öncə Vaşiqtonda Moksvaya qarşı SWIFT-dən çıxarılma kimi sərt sanksiyalar ilə bağlı bəyanatlar verilsə də sonradan okeanın o tayında diplomatik addımlara üstünlük verildi.
Bununla belə, əgər Qərb Rusiyaya qarşı əvvələr bəyan etdiyi sanksiyaları tətbiq edərsə, o halda Brent markalı neftin qiyməti qısa zamanda 100 dollarlıq psixoloji həddi keçə və rubl kəskin ucuzlaşa bilər. Bu baxımdan indi bütün gözlər Vaşinqtondadır”.
Əzizə Zeynal