Xarici valyutaların manata qarşı məzənnələri

İqtisadiyyat
10:13 / 22.02.2022
571
Azərbaycan Mərkəzi Bankı 22 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.9211 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1243 manat, 1 Rusiya rublu 0.0213, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5686 manatdır.