"Qaz ixracımızın çoxu Avropanın payına düşür" - Nazir

"Hazırda gündəlik qaz ixracımızın ən çoxu Avropa bazarının payına düşür. Avropalı istehlakçılar gündəlik 27 milyon kubmetrə yaxın Azərbaycan qazı ilə təchiz olunur. İstismara veriləndən indiyə kimi TANAP-la Türkiyəyə 14,8 milyard kubmetr, Avropaya isə TAP ilə 9,4 milyard kubmetr qaz ixrac edilib".

Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qətərin paytaxtı Doha şəhərində keçirilən Qaz İxrac Edən Ölkələr Forumu (Gas Exporting Countries Forum-GECF) Nazirlərinin iclasında deyib.

Nazir çıxışında qlobal qaz sektorundakı mövcud qeyri-sabitliyi şərtləndirən faktorlardan bəhs edib. "Bir enerji növünün hakim olacağı dünyanın qeyri-sabit olmaqla bərabər qeyri-real olduğunu, yalnız ekoloji təhlükəsizliyə fokuslanaraq, sərt şəkildə təbii qazdan imtinanın enerji təhlükəsizliyi üçün risklər yaratdığını qeyd edib. Bildirilib ki, iqlim dəyişikliyinə qarşı mübarizə vacibdir, lakin enerji daşıyıcılarının dəyəri və təchizatının təhlükəsizliyi də zəruridir. Kotirovkaların volatilliyinə baxmayaraq təbii qaz etibarlı elektrik enerjisi istehsalı, eləcə də enerji sistemlərinin balanslaşdırılması üçün münasib mənbə kimi qalmaqda davam edəcək. Təbii qazın iqlim neytrallığı hədəfinə doğru körpü olduğunu vurğulayan energetika naziri qiymət sabitliyi üçün bu enerji növünə lazımi dəstəyin vacibliyini diqqətə çatdırıb".

Yeni reallıqlar şəraitində Azərbaycanın həm bölgədə, həm də Avropa qitəsində etibarlı enerji təchizatçısına çevrilməsində Cənub Qaz Dəhlizinin roluna da toxunulub: "Həm enerji təhlükəsizliyi, həm də ekoloji təhlükəsizlik tələblərini nəzərə alan Cənub Qaz Dəhlizi hazırda daha çox ölkələrin enerji təchizatında perspektiv prioritetlərdən biri kimi qəbul edilir və onun inkişafına böyük maraq ifadə edilir. Hazırda gündəlik qaz ixracımızın ən çoxu Avropa bazarının payına düşür. Avropalı istehlakçılar gündəlik 27 milyon kubmetrə yaxın Azərbaycan qazı ilə təchiz olunur. İstismara veriləndən indiyə kimi TANAP-la Türkiyəyə 14,8 milyard kubmetr, Avropaya isə TAP ilə 9,4 milyard kubmetr qaz ixrac edilib”.

Qeyd edək ki, 22 fevral tarixində Qaz İxrac edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VI Sammiti keçiriləcək.

Xatırladaq ki, Azərbaycan 2015-ci ildən Qaz İxrac Edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirak edir.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...