Azərbaycanda kompüterlər sürətlə BAHALAŞIR: 300 manat artım var - SƏBƏBLƏR

Azərbaycanda kompüterlər sürətlə BAHALAŞIR: 300 manat artım var - SƏBƏBLƏR
Son bir ildə ölkəmizdə kompüter, mobil telefon və planşetlərin qiymətində böyük artım qeydə alınıb.   

Sfera.az bildirir ki, 2021-ci ilin yanvarında Azərbaycan pərakəndə ticarət bazarında fərdi kompüterin bir ədədinin qiyməti 764 manat, noutbukun dəyəri 870 manat, planşetin qiyməti 347 manat, mobil telefonun dəyəri 294 manat idi.  

2022-ci ilin yanvarında fərdi kompüterlərin bir ədədinin qiyməti 1056 manata, noutbukun qiyməti 1210 manata, planşetin dəyəri 387 manata, mobil telefonun qiyməti 374 manata yüksəlib.  

Müqayisədən görünür ki, bir ildə ən çox qiymət artımı noutbuk və fərdi kompüterlərdə olub. Bu məhsulların dəyəri 38-39 faiz artıb.  

Mobil telefonun qiyməti 27 faiz, planşetin dəyəri isə 11,5 faiz yüksəlib.  

Komüterlərin daha çox bahalaşmasını bir neçə səbəblə əlaqələndirmək olar. Əsas səbəblər bu məhsullara ölkə daxilində tələbin artması və dünyada yarımkeçiricilərlə ("çip”) təminat probleminin yaranmasıdır.  

Ötən il ərzində ölkəmizin pərakəndə bazarında kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına xərclənən pul real qiymətlərlə 23,2 faiz, bu ilin yanvarında 56 faiz artıb. Tələbin bu qədər artması həmin məhsulların qiymətlərinin yüksəlməsinə əsas yaradıb.  

Digər mühüm səbəb istehsalçıların "çip” çatışmazlığı ilə üzləşməsidir. Pandemiya dövründə istehsalın azalmasından sonra 2021-ci ildə tələbin kəskin artması məhsul təminatında çətinlik yaratdı. Bu vəziyyətdə "çip” qiymətləri xeyli yüksəlib. Kompüter və telefonların dəyərində "çip” qiymətləri böyük paya malik olduğundan onların bahalaşması son məhsulun dəyərinin də artmasına səbəb olub.  

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Sabah bu ərazilərdə işıq olmayacaq

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Babək” hava xəttində 3 iyul tarixində təmir işi aparılacaq.   Sfera.az xəbər ver...

Türkiyədə şəxsi təyyarə qəzaya düşdü - İtkinlər var

Türkiyənin Bayburt-Ərzurum sərhədində şəxsi təyyarə qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb. &nb...