Konvertasiya məzənnələri arasında kəskin fərq yaranıb - Mərkəzi Bank yeni qaydalar müəyyənləşdirəcək?

Konvertasiya məzənnələri arasında kəskin fərq yaranıb - Mərkəzi Bank yeni qaydalar müəyyənləşdirəcək?
"Valyuta dəyişmə məntəqələrində xarici valyutaların, o cümlədən dollar və avronun alış və satış kurs fərqləri minimumlaşsa da, sistem əhəmiyyətli banklarda konvertasiya məzənnələri arasındakı kəskin fərq qalır”.
 
Sfera.az bildirir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, nağdsız hesablaşmalar üçün xarici valyutanı, xüsusən də avronu kifayət qədər aşağı məzənnə ilə alan bir sıra banklar onu daha yüksək kurs ilə satırlar:
 
"Sistem əhəmiyyətli bir sıra banklar avronu 1.88 manat məzənnəsi alır, amma 1.95 kursu ilə təklif edirlər. Bu isə, biznesin və xüsusən də fərdi sahibkarların konvertasiya, yəni valyuta alqı-satqısı zamanı vəsait itiriməsinə səbəb olur. Məsələn, 100 min avronu manata çevirib yerli ödənişlərini etmək istəyən sahikar həmin vəsaitin müqabilində 188 min manat alır. Amma əgər sahibkar manat hesabından avro alıb xarici ödəniş etmək istəyirsə, o zaman 100 min avro üçün 195 min manat ödəməlidir. Deməli, yalnız 100 min avroluq alqı-satqılarda biznesin ziyanına 7 min manat fərq yaranır”.
 
Millət vəkili bildirib ki, xarici şirkətlərlə əməkdaşlıq edən sahibkarların konvertasiya əməliyyatlarının yüz milyonlar olduğunu nəzərə alsaq, fərqin necə böyük olduğunu təsəvvür etmək çətin olmaz:
 
"Əslində, konvertasiya məzənnələri arasındakı kəskin fərq sistem əhəmiyyətli bankların sektordakı aparıcı mövqelərindən istifadə kimi də xarakterizə olunmalıdır. Bu baxımdan, bu məsələnin də Mərkəzi Bank tərəfindən tənzimlənməsinə ehtiyac var. Mərkəzi Bank tərəfindən liberal iqtisadiyyat prinsiplərinə uyğun valyuta konvertasiyası ilə bağlı yeni qaydalar müəyyənləşdirməsi məqsədəuyğun olardı. Bank sektorundakı rəqabətin daha da gücləndirilməsi də bu tip halların minimumlaşdırılmasına səbəb ola bilər”.
 
Günay Rəsulqızı
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Sabah bu ərazilərdə işıq olmayacaq

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Babək” hava xəttində 3 iyul tarixində təmir işi aparılacaq.   Sfera.az xəbər ver...

Türkiyədə şəxsi təyyarə qəzaya düşdü - İtkinlər var

Türkiyənin Bayburt-Ərzurum sərhədində şəxsi təyyarə qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb. &nb...