Əməkdar artistin 40 mərasiminə teatrdan bir nəfər də gəlmədi - FOTOLAR + VİDEO

Əməkdar artistin 40 mərasiminə teatrdan bir nəfər də gəlmədi - FOTOLAR + VİDEO
Fevralın 19-da Əməkdar artist, mərhum Novruz Qartalın 40 mərasimi keçirilib. Amma aktyorun işlədiyi Musiqili Teatrdan bir adam da mərhumun 40 mərasiminə qatılmayıb.

Sfera.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya aktyorun həyat yoldaşı Zərqələm Əliyeva məlumat verib. Zərqələm Əliyeva bunu Novruz Qartalın sənətinə hörmətsizlik kimi dəyərləndirib:

"Mənə teatrdan bir neçə gün qabaq zəng edib kollektivin mərasimdə iştirak edəcəyini bildirdilər. Mən də hazırlıq gördüm, amma o boyda teatrdan bir adam Novruzun sənətini qiymətləndirmədi, heç biri mərasimə gəlmədi. Elə bil ürəyimə dammışdı. Zəng edib maraqlananda dedilər ki, rəhbərlik Gəncəyə getmək üçün avtobus təşkil edib, amma kollektivin biri də gələməyib. Bu sözlərlə rəhbərliyi müdafiə edirlər. Rəhbərlik avtobus təşkil edirsə, kimin nə ixtiyarı var ona etiraz etsin? Ayıbdır. Bu çətin zamanda adamı xərcə salarlar? Sizə yalvaran yoxdur ki! Nə deyin, nə də gəlin”.

Zərqələm Əliyeva Novruz Qartalın qəbirüstü abidəsinin hazır olduğunu bildirib:

"Qohum, dost-tanış getdik, ziyarət etdik. Teatrın Novruza olan münasibətini bütün Gəncə gördü. Bir adam qəbrinin üstünə gəlmədi. Novruza Xalq artisti fəxri adını, evini verdirmədin, onun haqqını yediniz. Əmin olun ki, bunun cavabını verəcəksiniz. Teatrın direktoru Əliqismət Lalayev Novruz öləndən bir dəfə də olsun mənim qapımdan girib başsağlığı verməyib. 7 günü gəlib camaatla oturub, ordan da çıxıb gedib. Məni çağırıb demədi ki, ömrünü bu teatrda qoyan aktyora Allah rəhmət eləsin. Neyləyib, Novruz sənə? Ondan nəyin qisasını alırsan? Buna görə cavab verəcəksiniz”.
 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...