Benzinin qiyməti qalxdı

Benzinin qiyməti qalxdı
Küveyt hökuməti azalan neft gəlirləri fonunda daxili bazarda benzinin qiymətlərini qaldırıb. 

BiG.AZ-ın verdiyi xəbərə görə, OPEC üzvü olan Küveytdə sentyabrın 1-dən etibarən aşağı oktanlı benzinin qiyməti 42% artırılaraq 0,3 USD/litrə, yuxarı oktanlı benzinin qiyməti isə 83% artırılaraq 0,58 USD/litrə yüksəldilir. 

Hökumətdən gələn açıqlamalarda yeni qiymətlərin Körfəz Ölkələri Əməkdaşlıq Təşkilatı üzvləri olan dövlətlərin ortalama benzin qiymətlərinə uyğunlaşdırıldığı bildirilib. 

Qeyd edək ki, Küveyt hökuməti qonşusu və dünyanın lider neft ixracatçısı olan Səudiyyə Ərəbistanı kimi ölkə iqtisadiyyatını neft asılılığından qurtarmaq üçün addımlar atmaq niyyətini bəyan edib. İqtisadiyyatın diversifikasiyası ilə Küveyt hökuməti qeyri-neft sektorundan əldə olunan gəlirləri məcmu gəlirlərin 15%-nə qədər artırmağı planlaşdırıb./report/

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...