Xarici ticarət gəlirimiz 2,5 dəfə artıb – manatın sabitliyi bir qədər də güclənəcək

Xarici ticarət gəlirimiz 2,5 dəfə artıb – manatın sabitliyi bir qədər də güclənəcək
Neftin bahalaşması Azərbaycanın xarici ticarət əməliyyatlarında, xüsusən də ixracda və ticarət saldosunda müsbət dəyişikliklərə səbəb olur. "Qara qızıl”ın dəyərinin yüksəlməsi hesabına bu ilin ilk ayında ixrac gəlirlərimiz 1,9 dəfədən çox, ticarət saldosunun profisiti 2,5 dəfədən çox artıb. 

Sfera.az Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, yanvarda xarici ticarət dövriyyəsi 4,061 milyard dollar, o cümlədən ixrac 3,086 milyard dollar, idxal 975 milyon dollar, xarici ticarət saldosunun profisiti 2,11 milyard dollar təşkil edib. 

Müqayisə üçün bildirək ki, 2021-ci ilin yanvarında ixracımız 1,62 milyard dollar, idxal 787 milyon dollar, ticarət saldosunun profisiti 836 milyon dollar idi. 

Bu il idxalda 16,6 faiz artım olub. Lakin ixracın 90 faizdən çox artması sayəsində xarici ticarətdə xalis mədaxil 1,32 milyard dollar təşkil edib. 

Neftin bahalaşması hesabına Azərbaycanın ixracında neft-qaz sektorunun payı da yüksəlib. Ötən ilin yanvarında ixracın 91 faizi neft-qaz sektorunun payına düşürdüsə, bu ilin yanvarında ixracın 92,5 faizi neft-qaz məhsullarından ibarət olub. 

Qeyd edək ki, neftin qiymətinin yüksəlməsi təbii qazın və neft məhsullarının da dəyərini artırdığından neft-qaz sektoru üzrə ixrac dəyəri yüksəlir. Bu hal xarici ticarətdə profisitin məbləğini bir qədər də artırır. 

Azərbaycanın xarici ticarətində profisitin məbləğinin kəskin artması əhəmiyyətlidir. Profisitin böyüməsi cari hesablar balansında, həmçinin tədiyə balansında müsbət dəyişikliklərə səbəb olacaq və bu, maliyyə sabitliyinə, o cümlədən manatın məzənnəsinin sabit qalmasına kömək edəcək. 

Vasif

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Sabah bu ərazilərdə işıq olmayacaq

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Babək” hava xəttində 3 iyul tarixində təmir işi aparılacaq.   Sfera.az xəbər ver...

Türkiyədə şəxsi təyyarə qəzaya düşdü - İtkinlər var

Türkiyənin Bayburt-Ərzurum sərhədində şəxsi təyyarə qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb. &nb...