Bred Colini məhkəməyə verdi – 25 milyonluq mülkə görə

Bred Colini məhkəməyə verdi – 25 milyonluq mülkə görə
Hollivud ulduzu Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Colini məhkəməyə verib.

Sfera.az bildirir ki, buna səbəb cütlüyün Fransadan illər əvvəl birlikdə aldıqları bağ evi olub. Belə ki, Coli həmin evdəki hissəsini satışa çıxarıb.  Aktyorun iddialarına görə isə, onlar bir-birilərindən icazə almadıqları müddətdə satış etməyəcəklərinə dair razılaşıblar. Lakin Colinin öz payını rus oliqarxa aid bir içki şirkətinə satdığı bəlli olub. 

Bredin vəkillərinin sözlərinə görə, Fransanın cənubunda yerləşən villa və ətrafdakı üzüm bağlarından ibarət Miraval mülkü aktyor üçün olduqca əhəmiyyətlidir: "Bu satış Miraval şərab biznesinə pul və səy sərf edən Bred Pitə "yersiz şəkildə zərər vurmaq" məqsədi daşıyır”.

Xatırladaq ki, cütlük sözügedən əmlakı 2008-ci ildə 25 milyon avroya almışdılar. 

Türkan 


OXŞAR XƏBƏRLƏR