Baha neftin daha bir faydası – Rusiya Azərbaycandan kənd təsərrüfatı mallarının idxalını artırır

Baha neftin daha bir faydası – Rusiya Azərbaycandan kənd təsərrüfatı mallarının idxalını artırır
Azərbaycan 2022-ci ilin yanvarında kənd təsərrüfatı mallarının ixracında kəskin artıma nail olub. 

Sfera.az Aqrar Tədqiqatlar Mərkəzinə istinadən xəbər verir ki, yanvarda ixrac edilən kənd təsərrüfatı mallarının dəyəri 80,5 milyon dollara yüksəlib. Bu, 2021-ci ilin yanvarındakı göstəricidən (52,2 milyon dollar) 28,3 milyon dollar, yəni 54,2 faiz çoxdur. 

Azərbaycandan xaricə ən çox satılan kənd təsərrüfatı malları meyvələr, pambıq mahlıcı və tərəvəzlər olub. 

Bu ilin yanvarında ixrac edilən meyvələrin dəyəri 37,4 milyon dollar (ötən ilin yanvarında 28,6 milyon dollar), meyvələrin miqdarı 30,5 min ton (əvvəlki ilin yanvarında 25,9 min ton) təşkil edib. 2022-ci ildə meyvə ixracı dəyər ifadəsində 31 faiz, miqdar ifadəsində 18 faiz artıb.

Pambıq mahlıcı ixracı ilk ayda 22,2 milyon dollara (14,3 milyon dollar) yüksəlib və dəyər ifadəsində 55,5 faiz artım qeydə alınıb. İxrac etdiyimiz pambığın miqdarı isə 10,2 min ton (10,3 min ton) olub ki, bu da 1,5 faiz azalma deməkdir. 

Tərəvəz ixracı dəyər ifadəsində 83 faiz artaraq 15,4 milyon dollara, miqdar ifadəsində 57 faiz artaraq 13,3 min tona yüksəlib. 

Adıçəkilən məhsullar kənd təsərrüfatı ixracının 93,2 faizini təşkil edib. 

Bunlardan başqa ölkəmiz 2,2 milyon dollar dəyərində tütün xammalı, 1,6 milyon dollar dəyərində gön-dəri, 1,1 milyon dollar dəyərində arpa, 0,6 milyon dollar dəyərində heyvandarlıq məhsulları da satıb. Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.

Məlumatlardan aydın olur ki, kənd təsərrüfatı məhsullarının ixracında kəskin artımın əldə edilməsi daha çox bahalaşma ilə bağlıdır. Məhz bu səbəbdən dəyər ifadəsində ixrac miqdar ifadəsi ilə müqayisədə daha böyük nisbətdə artıb. Hətta pambıq mahlıcda satış miqdarının azalmasına baxmayaraq satışdan əldə edilən gəlir 55 faizdən çox olub. 

Ümumilikdə, son bir ildə dünyada kənd təsərrüfatı məhsullarında nəzərəçarpacaq bahalaşma müşahidə edilir. Sürətli bahalaşmada isə neftin və digər enerji daşıyıcılarının qiymətinin kəskin artmasının böyük rolu var. 

Neft və qazın bahalaşması məhsulların dəyərini artırmaqla yanaşı, bəzi ölkələrdə daxili tələbi də gücləndirir ki, bu da mal dövriyyəsinin artmasına təkan verir. 

Buna misal kimi Rusiyanı göstərmək olar. Enerji daşıyıcılarının bahalaşması Azərbaycanın kənd təsərrüfatı məhsullarının əsas idxalçısı olan Rusiya əhalisinin alıcılıq qabiliyyətini də gücləndirir. Buna görə də ruslar qiymət artımlarına baxmayaraq daha çox kənd təsərrüfatı məhsulu istehlak edir ki, bu da şimal qonşumuzda idxalı artırır. 

Əgər neftin qiyməti mövcud səviyyədə qalarsa, Azərbaycanın kənd təsərrüfatı mallarının ixracında böyük artım qarşıdakı aylarda da davam edəcək. 

Vasif


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...