Azərbaycan pomidor ixracını yenidən artırır

Azərbaycan pomidor ixracını yenidən artırır
Azərbaycan bu il pomidor ixracını yenidən artırır.

Sfera.az xəbər verir ki, bu ilin yanvarında xaricə satılan pomidorun dəyəri ötən ilin yanvarına nisbətən 2 dəfə böyük olub.

2021-ci ilin ilk ayında xaricə 6,8 milyon dollar dəyərində 7 min ton pomidor satan Azərbaycan sahibkarları cari ilin ilk ayında satış dəyərini 13,7 milyon dollara, satış miqdarını isə 11,5 min tona çatdırıblar. Orta hesabla pomidorun bir tonu 1 191 dollardan (kiloqramı 2,024 manat) satılıb.

Pomidor ixracının artması tərəvəz ixracının da kəskin artmasına səbəb olub. Birinci ayda tərəvəz ixracı dəyər ifadəsində 83 faiz, miqdar ifadəsində 57 faiz artıb. Yanvarda Azərbaycan 15,4 milyon dollar dəyərində 13,3 min ton tərəvəz ixrac edib.

Xatırladaq ki, Azərbaycandan ixrac edilən pomidorun əsas alıcısı Rusiyadır. Ötən il Rusiyanın müxtəlif səbəblərdən pomidor idxalını azaltması Azərbaycanın pomidor ixracına mənfi təsir etmişdi.

Vasif


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...