Azərbaycan nefti cüzi bahalaşdı

İqtisadiyyat
10:07 / 19.02.2022
871
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,21 ABŞ dolları, yaxud 0,22 % artaraq 97,89 ABŞ dollarına çatıb.
Bu barədə Sfera.az-a neft bazarındakı mənbə məlumat verib.
Dünən "Brent” markalı neftin bir bareli 93,54 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.