Kompüterlə işləyən adamlarla görüşəndə niyə bizi “tok" vurur? – Fizikdən açıqlama

Kompüterlə işləyən adamlarla görüşəndə niyə bizi “tok
Son zamanlar "tok" vurma hallarının artdığı müşahidə edilir. Belə ki, əşyalarla, yaxud şəxslərlə təmas zamanı cərəyan vurma kimi hislər yaranır.
 
Maraqlıdır, "tok vurma” hallarının yaranmasına səbəb nədir? Bu proses şəxslərə görə dəyişirmi?
 
Mövzu ətrafında Sfera.az-a danışan fizika-riyaziyyat elmləri doktoru Şakir Nağıyev insan bədəninin cərəyanlardan ibarət olduğunu deyib. Professor cərəyanların yox olmasının canlıların məhvinə gətirib çıxaracağını bildirib:

"İnsan bədəni tamamilə cərəyandan ibarətdir. Ürəyin döyünməsi, qan dövranı elektromaqnit qarşılıqlı təsirlə baş verir. Sadə dillə desək, bütün bu proseslər cərəyanların axması vasitəsi ilə yaranır. İnsan bədəni sanki elektrik şəbəkəsidir. Orada elektrik sahəsi böyük rol oynayır və bu bizim davranışımızı, yaşayımızı təyin edir. Bizim bədənimiz molekullardan, ionlardan ibarətdir və onlar da yüklü zərrəciklərdir. Bir anlıq bu yüklü zərrəciklərin bədəndən yox olması ilə canlılar məhv olar. Ola bilir ki, bu cərəyanlar bəzi insanlarda güclü olsun. Cərəyan vurması daha çox metal əşyalara toxunarkən hiss olunur. Bədəndə cərəyanı çox olan insanlar bir-biri ilə təmasda olanda bu hiss daha çox duyulur”.
 
Mütəxəssis elektriklə işləyən cihazlarla daimi əlaqədə olan şəxslərdə cərəyan  vurma hallarının daha çox olduğunu da sözlərinə əlavə edib:

"İşlək televizorun ekranına toxunduqda elektrik aldığımızı hiss edirik. Bütün günü kompüterlə təmasda olan insanlarda hansısa əşyaya, yaxud elə bir-birlərinə toxunduqda tok vurma hallarının olması da normal prosesdir. İnsan da elektrik cərəyanı ilə işləyir, kompüter də. Kompüterlərdə şüalanma həmişə olub, indi bunu müxtəlif yollarla azaltmağa çalışırlar. Şüalanmanın daha az olacağı təqdirdə isə tok vurma hissi də azala bilər”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR