Dövriyyəyə 500 manatlıq əskinaslar buraxılır? - AÇIQLAMA

İqtisadiyyat
13:21 / 18.02.2022
917
"Ölkənin ən iri pul əskinası ölkənin minimum əmək haqqından yuxarı olmamalıdır”.
Sfera.az bildirir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O, son zamanlar 500 manatlıqlar haqqında müzakirə obyektinə çevrilən fikirləri də şərh edib:
"Bəzilərinin "500 manatlıq əskinaslar devalvasiyaya, inflyasiyaya səbəb olacaq” kimi fikirlərini əsaslı qəbul etmirəm. Bunun ciddi iqtisadi risk yaratma effekti yoxdur. Bu sadəcə xırda əskinaslara psixoloji basqı yaradır. Amma ən pisi 500 manatdan az əmək haqqı alan insanlara neqativ təsiridir. Belə ki, adam bir ay işləyir, amma onun əməyi heç bir əskinasın dəyəri qədər olmur. Buna görə də iri əskinas sevdasından uzaqlaşmaq lazımdır”.
Ekspert bu cür əskinasların digər mənfi tərəflərindən də söz açıb:
"Belə əskinaslar daha çox çirkli pulların yuyulmasında və digər qeyri-qanuni əməllərin həyata keçirilməsi üçün istifadə edilir. Bu, beynəlxalq təcrübədə təsdiqini tapmış haldır. Buna görə də 500-lük avrodan Britaniya 2010-cu ildə, daha sonra isə Avropa Mərkəzi Bankı imtina elədi".
Günay Rəsulqızı
Sfera.az