"Kasıb insanların malına göz dikmişdilər" - Prezident həbs olunan icra başçılarından danışdı

"Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm".

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.

"Ancaq əfsuslar olsun ki, bəzi hallarda mənim təyin etdiyim vəzifəli şəxslər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə məşğul idi, korrupsiya ilə, rüşvətxorluqla məşğul idi. Kasıb insanların malına göz dikmişdilər, dövlət tərəfindən ictimai işlərə cəlb edilən insanların maaşını mənimsəmişdilər. Bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmadı. Bildiyiniz kimi, bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir.

Bu, təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün məmurlara aiddir. Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir. Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız", - dövlət başçısı deyib.

OXŞAR XƏBƏRLƏR

COP29-da qatarlarla 10 mindən çox akkreditasiyalı sərnişin daşındı

Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qatarlarla ümumilikdə 1...

"Bölgənin 12 ölkəsinə Azərbaycan qazı ixrac ediləcək" - Mikayıl Cabbarov

"Azərbaycan dünya iqtisadiyyatı üçün mühüm olan enerji və logistika layihələrinin reallaşdığı məkana çevrilib". Sfera.az xəbər verir ki, bunu Mil...

Əhaliyə XƏBƏRDARLIQ: Bakıda və bölgələrdə leysan yağacaq

Bu gündən Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda noyabrın 27-dək yağıntılı hava şəraitinin olacağı gözlənilir.   Sfera.az xəbər verir k...

Agentlik onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.   Sfera.az xəbər verir ki, bu barədə MEDİA məlumat yay...

İngiltərə klubu baş məşqçisi ilə yolları ayırdı

İngiltərənin "Lester" klubu baş məşqçisi Stiv Kuperlə yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə Lester təmsilçisinin mətbua...

MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib.   Sfera.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayı...