“Qadınlar avtomobili kişilərdən daha yaxşı idarə edir” – Ekspertdən AÇIQLAMA
Gündəm
14:12 / 17.02.2022
3112
"Qadın
sürücülərin törətdikləri qayda pozuntuları, onların təqsirli olduğu cinayət
sayılan yol-nəqliyyat hadisələri əslində qadın sürücülərin say nisbətini nəzərə
alanda kişilərlə müqayisədə çox azdır”.
Sfera.az xəbər verir ki, bunu nəqliyyat məsələlçəri üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert qadınların kişilərlə müqayisədə daha az ağır yol nəqliyyat hadisəsi törətdiyini qeyd edib:
"Hər şeyi rəqəmlər deyir. Məsələn, 2021-ci ildə ölkəmizdə 1649 cinayət xarakterli yol-nəqliyyat hadisə olub, nəticədə 706 nəfər həlak olub, 1452 nəfər yaralanıb. Elə həmin 2021-ci ildə qadın sürüclərin təqsirli olduğu cinayət xarakterli yol-nəqliyyat hadisələrinin sayı 28, bu hadisələrdə ölənlərin sayı 17, yaralananlaraın sayı isə 18 olub. Bu isə o deməkdir ki, ölkə üzrə belə hadisələrin cəmi 1,7%-i qadınların hesabına düşür. Qadın sürücülərin təqsirindən ölənlər cəmi ölənlərin 2,4%-ni, yaralanalar isə cəmi yaralananların 1,24%-ni təşkil edir. Amma nəzərə alaq ki, ölkəmizdə qadın sürücülər cəmi sürüclərin təxminən 3-4%-ni təşkil edir. Başqa sözlə, qadın sürücülərin ağır qəza törətmək üzrə göstəriciləri kişi sürücülərinkindən təxminən 2 dəfə yaxşıdır. Qadın sürücülərin törətdikləri inzibati xəta sayılan qayda pozuntuları da say nisbəti ilə götürüldükdə kişi sürücülərdən əhəmiyyətli dərəcədə azdır (məsələn, təhlükəsizlik kəməri bağlamayan sürücülərin təxminən 2%-i qadınlardır)”.
Ə.Hüseynov qadın sürücülərin sürət həddini kişilərdən daha çox aşdığını da vurğulayıb:
"Mənə maraqlı gələn sürət həddinin aşılması ilə bağlı qadın sürüclərin sayı oldu. 2021-ci il üçün sürət həddini aşan cəmi sürücülərin rəsmi statistikası verilməsə də, əvvəlki illərin statistikası əsasımda hesablama apardım. Maraqlıdır ki, 2021-ci ildə sürət həddini aşanların təxminən 5,2%-i qadın sürüclərdir. Bu isə qadın sürücülərin say nisbəti nəzərə alınanda o deməkdir ki, yollarımızda qadın sürüclər sürət həddini kişilərdən daha çox aşırlar. Amma reallıq buna uyğun gəlmir. Hətta tez-tez kişi sürüclər bizim Düzgün Hərəkət verilişinə şikayət edirlər ki, qadınlar asta sürdüklərindən yolda bizə mane olurlar. Bəs belə qeyri-adi statistikanın səbəbi nə ola bilər: doğrudanmı qadınlar qaza daha çox basırlar?
Bir az düşünəndə bunun çox sadə, bəlkə də bir az gülməli səbəbi ortaya çıxır: qadın sürüclərimizin xeylisi sadəcə olaraq, hələ ki, radarların yerini yaxşı bilmirlər. Onlardan bəziləri də radarlara kişilər qədər nəzarət etmirlər, bir qismi isə radar görəndə kişilər kimi tormozun üstünə çıxmırlar”.
Əzizə Zeynal