Əmanətçilər pullarını manata çevirirlər - SƏBƏB

Əmanətçilər pullarını manata çevirirlər - SƏBƏB
Azərbaycan banklarında fiziki şəxslərin saxladığı vəsaitlərin valyuta nisbətində manata doğru meyil müşahidə edilir.
 
Sfera.az bildirir ki, ötən il ərzində manatla saxlanılan əmanətlərin məbləğinin 35,4 faiz artaraq 4,026 milyard manatdan 5,45 milyard manata yüksəlməsi, xarici valyutada (əsasən də ABŞ dollarında) saxlanılan pulların məbləğinin isə 4,15 milyard manatdan 3,78 milyard manata enməsi bunun əlamətidir. Bu ilin əvvəlinə aid olan məlumata əsasən əmanətlərin 59 faizi manatla, 41 faizi xarici valyutada saxlanılır.

Məlumatların təhlili göstərir ki, xarici valyutada saxlanılan vəsaitlərin bir hissəsi xarici valyutadan manata dəyişdirilib.

Manatla əmanətlərin həcminin artmasına dollar/manat məzənnəsinin sabit qalmasının və milli valyutadakı əmanətlərə ödənən faizlərin dəfələrlə yüksək olmasının böyük təsiri var.

Dollar/manat kursu 2017-ci ilin mart ayından bəri, yəni 5 ildir ki, sabitdir.

Bu dövrdə banklar dollarla olan əmanətləri illik 0,1-2 faizlə, manatla olan əmanətləri 6-11 faizlə qəbul edib.

Maksimum faizləri əsas götürsək, son 5 ildə pulunu manatla saxlayanlar dollarla saxlayanlara nisbətən hər il 5,5 dəfə yüksək gəlirə sahib olublar. Əmanətçilər 5 il ərzində hər 170 manata görə 18,7 manat, hər 100 dollara görə 2 dollar gəlir əldə edib.

Manat və dollarla olan əmanətlərdə faiz gəlirlərinin kəskin fərqlənməsi, həmçinin məzənnənin sabit qalması səbəbindən əmanətçilər pulunu tədricən manata çevirir.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...